Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                       
Tarix : 27-01-2017, 08:01
İvanovka: Azərbaycandakı yeganə kolxozda mini zavodlar fəaliyyət göstərir

İsmayıllı rayonunun İvanovka kəndi respublikada yeganə kolxoz təsərrüfatıdır ki, vaxtilə burada sədr olan Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinin adını daşıyır. Əsasən rusların yaşadığı İvanovkanın 2927 nəfər sakini, 822 təsərrüfatı var. Azərbaycanda həyat tərzi olan tolerantlıq və multikultural dəyərlərdən bəhrələnən ivanovkalılar öz dillərini, adət-ənənələrini maneəsiz olaraq qoruyub saxlayır, onlara göstərilən dövlət dəstəyi ilə torpaqdan səmərəli istifadə edir, çeşidli məhsullar istehsalında uğurlar qazanırlar. Kənddəki Heydər Əliyev adına İvanovka tam orta məktəbində dərslər iki dildə - rus və Azərbaycan dillərində tədris olunur.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər İvanovka ərazi inzibati dairəsində ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib. Ərazi icra nümayəndəsi Olqa Jabina, məktəb direktoru Mixail Uryupin, bələdiyyə sədri Oleq Radayev, hüquqşünas Vasili Kazakov, kolxozun sədri Vasili Novoseltsev və başqalarının çıxışlarında keçən il qazanılan uğurlardan danışılıb. Bildirilib ki, İvanovkada ötən il 3171 ton buğda, 2418 ton arpa, 22 ton noxud, 82 ton günəbaxan, 942 ton üzüm istehsal olunub. Təsərrüfatlarda 1406 baş iribuynuzlu mal-qara, 6084 baş davar, 174 baş donuz, 64 baş at saxlanılır. Kolxozda günəbaxan yağı, pendir, yağ və qaymaq istehsal edən mini zavodlar, çörək zavodu fəaliyyət göstərir. İstehsal edilən məhsullar Bakıda və İsmayıllıdakı mağazalarda satılır.

Çıxışlarda İvanovkanın turizm imkanlarından da bəhs olunub. Qeyd olunub ki, İvanovkaya nəinki yerli, hətta xarici ölkələrdən turistlər gəlir. Onlara qalmaq üçün çox uçuz qiymətə yaxşı şəraiti olan evlər təklif edilir.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb, sakinlərin qayğıları ilə maraqlanıb.
İvanovka: Azərbaycandakı yeganə kolxozda mini zavodlar fəaliyyət göstərir
İvanovka: Azərbaycandakı yeganə kolxozda mini zavodlar fəaliyyət göstərir


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!