“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
Tarix : 24-01-2017, 11:22
Azərbaycanda benzin və dizel istehsalı azalıb

Ötən il ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 mlrd. 772,7 mln. manat olmaqla 2015-ci illə müqayisədə 9,1% azalıb.

Butov.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən il ölkədə 1 mln. 153,2 min ton avtomobil benzini istehsal olunub ki, bu da daha əvvəlki il ilə müqayisədə 5,8% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 20,9 min ton məhsul ehtiyatı yaranıb.

2016-cı ildə Azərbaycanda 2 mln. 315,2 min ton dizel yanacağı istehsal edilib. Bu, 2015-ci il ilə müqayisədə 17,4% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 69,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il Azərbaycanda ağ neftin istehsalı 8,9% azalıb. Belə ki, ötən ilin 12 ayı ərzində ölkədə 627,3 min ton ağ neft istehsal olunub ki, bu ilin yanvarın 1-nə 16,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində ölkədə neft bitumunun istehsalında 4,3% artaraq 179,2 min ton təşkil edib. Nəticədə yanvarın 1-nə 12 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ölkədə sürtgü yağlarının istehsalı 2015-ci illə müqayisədə 61,7% azalıb. Belə ki, 12 ay ərzində 9,7 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin yanvarın 1-nə 5,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin də istehsalında azalma var. Belə ki, öt il ərzində 197,4 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2015-ci il ilə müqayisədə 4,1% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 1,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində Azərbaycanda 485,8 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki il ilə müqayisədə 48,1% artım deməkdir. Nəticədə bu ilin yanvarın 1-nə 9,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində Azərbaycanda 204,9 min ton neft koksu istehsal edilib. Bu, 2015-ci il ilə müqayisədə 7,4% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 33,6 min ton hazır məhsul ehtiyatı yaranıb.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!