Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 17-10-2016, 18:13
Azərbaycanda dizel yanacağının istehsalı 19% azalıb

Cari ilin yanvar-sentyabr ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 957,1 milyon manat olmaqla əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,3% azalıb.

Butov.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından sürtgü yağlarının istehsalı 57,7%, dizel yanacağının istehsalı 19,1%, neft koksunun istehsalı 5,9%, avtomobil benzininin istehsalı 8,3%, ağ neftin istehsalı 7,5% azalıb, yanacaq mazutunun və neft bitumunun istehsalı isə artıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 387 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 15,3%, rezin və plastik kütlə məmulatlarının istehsalında 13,3% azalıb, əczaçılıq məhsullarının istehsalında isə 13,2% artıb.

Əsas kimya məhsullarından arqonun istehsalı 13,2%, yodun istehsalı 17,2%, metanolun istehsalı 23,1%, polietilenin istehsalı 6,8% azalıb. Bununla yanaşı, yuyucu maddələrin istehsalı 2,8 dəfə, lak-boya məmulatlarının istehsalı 33%, barium sulfatın istehsalı 3,9% artıb. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 38,3%, plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 26,8% azalıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 5,8% artıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!