Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 22-12-2016, 12:14
Füzulidə kənd təsərrüfatına həsr olunmuş müşavirə keçirilib

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 2016-cı ildə Füzuli rayonunda kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı üzrə mütəxəssislər, taxıl, pambıq, barama istehsalçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Butov.az xəbər verir ki, İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açaraq, 2015-2016-cı təsərrüfat ilində rayonda kənd təsərrüfatı sahəsində qazanılmış uğurlar, növbəti təsərrüfat ilində qarşıda duran vəzifələr barədə danışıb. Bildirib ki, 2015-2016-cı təsərrüfat ilində rayon üzrə 35818 ha ərazidə taxıl əkilib,121 min tondan artıq məhsul istehsal olunub. 2016-cı ildə rayonda 505 ha sahədə pambıq bitkisi əkilib, 600 tona yaxın pambıq, 3,5 tondan artıq isə barama istehsal olunub.

Ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq artıq rayonda 4 iri fermer təsərrüfatı yaradılıb, Aqroparkın yaradılması istiqamətində isə iş aparılır. 2016-2017-ci təsərrüfat ilində rayonda 36082 ha ərazidə taxıl əkini aparılıb ki, bunun da 24838 hektarı buğda, 11244 hektarı isə arpadır. Gələn il rayonda 2000 hektar sahədə pambıq əkilməsi üçün yerlər müəyyənləşdirilib, pambıq istehsalçıları ilə müqavilələr bağlanılıb. 2017-ci ildə rayonda 30 tona yaxın barama istehsal olunması nəzərdə tutulub. Artıq rayonda 50 minə yaxın çəkil ağacı əkilibn, ipəkqurdu saxlayacaq kümçülər müəyyənləşdirilib. Rayon sakinlərinin həyatyani və pay torpaqlarından səmərəli istifadə etməsi kənd təsərrüfatı məhsullarına, o cümlədən bostan-tərəvəz məhsullarına olan təlabatlarını yerli istehsal hesabına ödəmələri də 2017-ci ildə diqqət mərkəzində saxlanılacaq.

Sonda Alı Alıyev Strateji yol xəritəsində göstərdiyi istiqamətlərdən irəli gələn vəzifələrdən danışıb, aidiyyəti təşkilatlara tapşırıq və tövsiyyələrini verib.
Füzulidə kənd təsərrüfatına həsr olunmuş müşavirə keçirilib
Füzulidə kənd təsərrüfatına həsr olunmuş müşavirə keçirilib


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!