Su anbarında batan gənclər hələ də tapılmayıb - Axtarışdan GÖRÜNTÜLƏR .....                        Putinlə Zelenski görüşməlidir .....                        Yas mərasimində yeməkdən boğulub öldü .....                        İraqda 5 terrorçu zərərsizləşdirildi .....                        Kişi liftdə arvadını və 4 yaşlı oğlunu bıçaqladı .....                        İslam Həmrəylik Oyunlarının vaxtı AÇIQLANDI .....                        Qarlı hava 165 nəfəri xəstəxanalıq etdi .....                        Ən çox uzun müddət evli olanlar boşanır - STATİSTİKA .....                        Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında .....                       
Tarix : 27-10-2016, 12:29
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuş rusiyalı tarixçi və siyasi analitik, hüquqşünas Oleq Yureviç Kuznetsov İsmayıllıya səfər edib, sakinlərlə görüşüb.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülər Baxışova, Bilik Fondunun yerli nümayəndəsi, 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov, 1 nömrəli tam orta məktəbin direktoru Gündüz Qədirov, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, məktəblilər və ziyalılar iştirak ediblər.

Sonra qonaq rusların kompakt yaşadığı İvanovka kəndinə gedib, sakinlərlə görüşüb. Hər iki tədbirdə tarixçi alim iştirakçılara beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı apardığı araşdırmalar barədə məlumat verib. Professor bildirib ki, o, uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa nail olub.

Diqqətə çatdırılıb ki, tarixçi alim O.Kuznetsovun müəllifi olduğu “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” əsərinin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda, digər qurum və təhsil müəssisələrində təqdimatı keçirilib.

İvanovka kənd məktəbinin direktoru Mixail Uryupin professorun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” adlı əsərinin tarix elminə verdiyi töhfədən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətindən danışıb.

Görüşlərdə O.Kuznetsov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, 160-dan çox elmi işin, o cümlədən 8 monoqrafiyanın, ali məktəb üçün dərs vəsaitinin müəllifi olan O.Kuznetsovun bir çox əsərləri ingilis, alman, fransız, türk və Azərbaycan dillərinə tərcümə olunub. Professor həm də Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsrlər dövrünün tarixi, coğrafiyası üzrə mütəxəssisdir. Hüquq müdafiəsi sahəsində də geniş fəaliyyət dairəsinə malikdir. Hazırda Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcı fəaliyyətlə məşğuldur.
Rusiyalı tarixçi və siyasi analitik İvanovkada sakinlərlə görüşüb
Rusiyalı tarixçi və siyasi analitik İvanovkada sakinlərlə görüşüb
Rusiyalı tarixçi və siyasi analitik İvanovkada sakinlərlə görüşüb


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!