Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                        İspaniya səfirini geri çağırdı - İsraildən .....                       
Tarix : 1-06-2016, 16:28
Quba-Nardaran qardaşlığı



Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin növbəti iştirakçıları Quba texniki təmayüllü lisey ilə Bakının Nardaran qəsəbəsindəki 295 nömrəli orta məktəb olub./color]

Bilik Fondundan “Bütöv Azərbaycan” qəzetinə verilən məlumata görə, Nardaran məktəbliləri qubalı dostlarını məktəbin bayramsayağı bəzədilmiş həyətində oynaq, şən mahnı və rəqslərlə qarşılayıb, onlara gül-çiçək dəstələri təqdim ediblər.
İki məktəbin şagirdlərinin iştirakı ilə 28 May – Respublika Gününə həsr olunmuş tarix dərsi keçirilib. Nardaran və Quba məktəbinin tarix müəlliminin açıq dərsinə şagirdlər də fəal qoşulublar. Bilik yarışında hər iki məktəbin şagirdləri yüksək hazırlıq nümayiş etdiriblər.
Məktəbin iclas salonunda Respublika Gününə həsr olunmuş musiqili-əyləncəli kompozisiya təqdim edilib. Tədbirdə Nardaran və qonşu qəsəbə kəndlərinin icra nümayəndələri, bələdiyyə sədrləri, ziyalılar da iştirak ediblər.
Quba-Nardaran qardaşlığı
Nardaran Bilik Evinin və 295 nömrəli orta məktəbin direktoru, deputat Dilarə Cəbrayılova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, Quba texniki təmayüllü liseyin direktoru Gülzar Əyyubova əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik edib, Bilik Fondunun layihələrinin cəmiyyətdə razılıqla qarşılandığını bildiriblər.
Quba-Nardaran qardaşlığı
Nardaran və Quba məktəbliləri sonra Park Bulvardakı “Planetarium”da göy cisimlərini seyr edib, bulvarı, Qız qalasını, Şirvanşahlar sarayını, paytaxtın digər görməli yerlərini birlikdə gəziblər.
Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!