5 ay əvvəl həlak olan azərbaycanlıların meyitləri tapıldı .....                        Gənc oğlan siqaretə görə bıçaqlandı .....                        Atəşkəs üçün heç bir ilkin şərt ola bilməz .....                        Sahibə Qafarova Gilani ilə görüşdü - FOTO .....                        Arzu Rzayevə vəzifə verildi .....                        CHP-nin atdığı addımlar nəticə vermədi - Ərdoğan .....                        Ali Məhkəməndən mühüm qərar .....                        Nazir Əliqismət Lalayevi işdən çıxardı, yerinə onu təyin etdi - FOTO .....                        "Zeytun" aptekləri Tarif Şurasının qərarına əməl etməyib .....                       
Tarix : 25-08-2014, 13:12

Bilik Fondunda bölgə nümayəndələri ilə görüş oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsinin başlanma tarixi və əhatə etdiyi coğrafi ərazi müəyyənləşdi.

Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, bu gün qurumun müxtəlif rayonlar üzrə nümayəndələri Bilik Fondunda olublar.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşlarının iştirakı ilə keçirilən müzakirədə “Qardaşlaşmış məktəblər” layihəsinin detalları yerli nümayəndələrə izah olunub, onlara müvafiq tapşırıqlar verilib.

“Qardaşlaşmış məktəblər” layihəsi sentyabrın 5-dən başlayaraq Bilik Gününə qədər 7 bölgənin müxtəlif şəhər və rayonlarındakı 20 orta məktəbdə həyata keçiriləcək. Bilik Günü bir sıra bölgə məktəblərində ilk dərsi ölkənin tanınmış elm adamları, ictimai xadimlər keçəcək. Layihə Azərbaycan ərazisindəki bütün rayonları əhatə edəcək.

Bakı məktəblilərini (190 saylı orta məktəb) Şəki, (145 saylı orta məktəb) Ağstafa, Sumqayıt məktəblilərini Quba, Mingəçevir məktəblilərini Horadiz, Biləsuvar məktəblilərini Gədəbəy, Oğuz məktəblilərini Beyləqan, BSU Məktəb-Lisey Kompleksinin şagirdlərini Tovuz, Astara məktəblilərini Ağdam, Gəncə məktəblilərini Neftçala, Şamaxı məktəblilərini Bərdə məktəbi qəbul edəcək. İki günlük səfər çərçivəsində müxtəlif səpkili tədbirlər, bilik yarışmaları keçiriləcək, tarixi yerlərə ekskursiyalar təşkil olunacaq. Proqrama məktəblərin qardaşlaşdığını göstərən rəsmi dostluq sazişinin imzalanması daxildir. Sazişə görə, məktəblilər Bilik Fondunun dəstəyi ilə mütəmadi olaraq görüşlər, dəyirmi masalar, müxtəlif yarışmalar keçirəcək, qarşılıqlı səfərlər təşkil edəcəklər.

Görüşdə “Qardaşlaşmış məktəblər” layihəsini yüksək qiymətləndirən bölgə nümayəndələri müxtəlif təkliflər səsləndirib, layihənin regionlar üçün vacibliyini vurğulayıblar.

Müzakirələrdə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı da iştirak edib.

Bilik Fondu müxtəlif istiqamətlərdə bir neçə layihəyə start verib. Bu layihələr içərisində “Dini abidələrdə tarixin izləri”, “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Docendo discimus”, “Fondun xarici nümayəndəliklərinin yaradılması”, “Epizod”, “Auditoriya +”, “Yaradıcılıq fakültəsi” layihələrinə artıq başlanıb.

“Dini abidələrdə tarixin izləri” layihəsi çərçivəsində Bərdə İmamzadəsində ilkin araşdırmalar aparılıb, qəbirüstü yazılar oxunaraq tərcümə edilib. İkinci mərhələdə Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının, dinşünasların, bərpaçıların və xarici qonaqların iştirakı ilə Bərdə İmamzadəsində Dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!