“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
Tarix : 11-08-2014, 15:11

Bilik Fondunun ilk layihəsi 

“Dini abidələrdə tarixin izləri” – Bilik Fondunun ilk layihəsi

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu layihələrə start verir.

Fondun ilk layihəsi “Dini abidələrdə tarixin izləri” adlanır. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, eləcə də Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri aparılacaq.

 

Layihənin həyata keçirələcəyi ilk məkan Bərdə İmamzadəsi olacaq.

Azərbaycan ərazisində qədim abidələrdən olan Bərdə İmamzadəsi kompleksinin tarixinin dərindən öyrənilməsinə, daş kitabələrin oxunmasına, abidə üzərində bərpa işlərinin aparılmasına ehtiyac var.

Fondun informasiya təminatı sektoruna açıqlama verən Bərdə İmamzadəsinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi Ramazan Hüseynov lahiyənin gərəkli olduğunu vurğulayıb: “Azərbaycandakı ziyarətgahlarda tarixin izləri gizlənib. Onları dəqiqliklə oxumaq, öyrənmək və gələcək nəsillərə çatdırmaq olduqca faydalı işdir. Bu layihənin həyata keçirilməsində biz tərəfdən nə köməklik lazımdırsa, hazırıq”.

 

Fondun “Dini abidələrdə tarixin izləri” layihəsinə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları da cəlb olunacaq. İlk mərhələdə tarixçi alimlər, din xadimləri, Bərdə ziyalılarının iştirakı ilə “Bərdə İmamzadəsi keçmişdə və bu gün” mövzusunda dəyirmi masa keçirələcək, elmi praktik konfrans təşkil olunacaq.

Layihənin əsas məqsədi Azərbaycan və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirlməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.

 

Bununla yanaşı, yaxın gələcəkdə Bilik Fondu müxtəlif istiqamətlərdə layihələr həyata keçirməyi planlaşdırır. Bu layihələr içərisində “Ustad və şəyird”, “Azərbaycan elmi bu gün xaricdə”, “Dünya elmi bu gün Azərbaycanda”, “Docendo discimus”, “Fondun xarici

nümayəndəliklərinin yaradılması”, “Epizodlar”, “Auditoriya +”, “Qardaşlaşmış məktəblər” layihələrinə hazırlıq prosesi gedir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun informasiya təminatı sektoru



Paylaş



Bölmə: Xəbər / Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!