ABŞ Venesuelaya hücum etdi .....                        Türkiyədəki Azərbaycan vətəndaşlarının nəzərinə .....                        Ramiz Mehdiyev yenidən dindirildi .....                        İrana qarşı növbəti hüdumu dəstəkləyəcəyik - Tramp .....                        Trampdan Putinin iqamətgahına hücum iddialarına reaksiya .....                        Bakının mərkəzində “Qarabağ atları” .....                        Ceyhun Bayramov Saidovla danışdı .....                        Goranboyda bir ailənin üç üzvü balıqdan zəhərləndi .....                        Xankəndidə bayram - FOTO .....                       
Tarix : 14-02-2017, 18:11
Ziyafət Əsgərov deputatın təklifinə etiraz etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Xanhüseyn Kazımlının “Hərbi vəziyyət haqqında” qanun layihəsi ilə bağlı təklifini qəbul etməyib.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, X.Kazımlının “qanunun dili yumşaq olmalıdır” fikrinə Z.Əsgərov etiraz edərək bildirib ki, qanun layihəsinin dilini yumuşaltmaq olmaz: “Qanun layihəsinin dili bərk olmalıdır. Bu, belə də olmalıdır”.

Deputat Azay Quliyev də “Hərbi vəziyyət haqqında” qanun layihəsi ilə bağlı təklif irəli sürüb: “Bu qanun layihəsinin maddəsində göstərilib ki, hərbi vəziyyət Konstitusiyaya uğun olaraq Azərbaycan ərazisində, ayrı-ayrı yerlərində tətbiq edilir. Bu qanun layihəsinə “hərbi” sözündən sonra “informasiya-yayım normaları” ifadəsini də əlavə etməliyik. Çünki digər maddələrdə informasiyalarla bağlı xüsusi maddələr var. Növbəti təklifim maddə 10.1.20 ilə bağlıdır. Burada qeyd olunur ki, şəxslərin xüsusi icazə vərəqələrini ya da şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərin yoxlanılması məqsədi ilə onların şəxsi əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirilə bilər, onları saxlamaq olar. Söhbət bundan gedir ki, həmin şəxslər kimlərdir? Biz bura şübhəli şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması sözlərini əlavə edə bilərik”.

Azay Quliyev bildirib ki, qanun layihəsində QHT-lərin, ictimai birliklərin, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan müddəaların olması əsaslıdır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!