Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Tarix : 18-04-2017, 18:45
Azərbaycan Minskdə Regional Rabitə Birliyinin Administrasiya Başçıları Şurasının 52-ci iclasında iştirak edib

Belarusun Minsk şəhərində aprelin 18-19-də Regional Rabitə Birliyinin (RRB) Administrasiya Başçıları Şurasının 52-ci və RRB yanında İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının 23-cü birgə iclası keçirilib.
Butov.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a daxil olan məlumata görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, Bolqarıstan və Latviyanın rabitə administrasiyalarının başçıları, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı, Regional Rabitə Birliyi və “İntersputnik” beynəlxalq kosmik rabitə təşkilatının rəhbərləri iştirak ediblər.
İclasda ölkəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sahə üzrə 30-a yaxın aktual məsələnin müzakirə olunduğu iclasda RRB-nin gələcək fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilib.
R.Quluzadə iclasın gündəliyinə dair məsələlərə münasibət bildirib və qeyd edib ki, Regional Rabitə Birliyi səmərəli regional təşkilat nümunəsidir.
Nazir iclasda müzakirə olunan məsələlərin və qəbul edilən qərarların İKT sektorunun və informasiya cəmiyyətinin davamlı inkişafına, işgüzar əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Eyni zamanda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə iclas iştirakçılarına məlumat verən Ramin Quluzadə qeyd edib ki, bundan sonra da Azərbaycan RRB-nin fəaliyyətinin bütün istiqamətləri üzrə uğurlu əməkdaşlığı davam etdirəcək.
Tədbir çərçivəsində nazir RRB-nin üzvü olan bir neçə ölkənin rabitə administrasiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!