“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 19-04-2017, 18:31
“Yanan bina işi” məhkəməyə qaytarıldı

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib.

Vəkillər məhkəmə iclası protokollarında bəzi imzaların olmadığını deyiblər. Onlar işin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını və protokollara həmin imzaların əlavə edilməsini istəyiblər.

Hakimlər vəsatəti təmin edib və iş birinci instansiya məhkəməsinə qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Miryusif Mahmudov 8 il, Ələkbər Əsgərov 4, Uğur Bəşirov 5, Qəzənfər Novruzov 4, Ədalət Rəcəbov 4, Nizami Orucov 3 il 6 aymüddətinə azadlıqdan məhrum edilib.

Ağacavad Məmmədov və Akif Əlibəyovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkim etmə) maddəsi tətbiq edilib və onlar şərti cəza alıblar.

Hökmdə qeyd olunub ki, yanğın zamanı dövlətə 8 milyon 750 min manat ziyan dəyib. Cinayət işi üzrə 3 nəfərin verdiyi mülki iddia baxılmamış saxlanılıb. Onlara izah edilib ki, yerli məhkəməyə mülki qaydada müraciət edə bilərlər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

2015-ci ilin mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.

“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədovun barəsində cinayət işi başlanıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!