34 il əvvəl Qarakənddə kimlər həlak olmuşdu... - SİYAHI .....                        Azərbaycanda iki şəhidin məzarı qarət edildi - VİDEO .....                        Prezident Ağdamla bağlı paylaşım etdi .....                        Ağdamın azadlığının beşinci ili .....                        Qonşusunun qulağını dişləyib qopardı, həbs edildi .....                        ABŞ Ukraynanın təslim olmasını tələb edir – ŞOK PLAN .....                        Xocavənddə 140 ev təmir olunacaq - 12 MİLYONLUQ SİFARİŞ .....                        Həmin açarı bu dəfə Ronaldoya hədiyyə etdi .....                        Kremldə nə baş verir? .....                       
Tarix : 28-04-2017, 11:01
Əflatun Amaşovdan Mariya Zaxarovaya etiraz

"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün başladığı missiyanı unudaraq jurnalistə qarşı kifayət qədər qeyri-etik, peşə davranışlarına sığışmayan münasibət sərgiləyib".
Butov.az xəbər verir ki, bunu AzVision.az-a Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, Zaxarova vəzifəsindən irəli gələrək jurnalisti dinləməli, suallara aydınlıq gətirməli və cavablandırmalıdır.

“Çox təəssüf ki, Mariya Zaxarova belə etməyib və əksinə qarşı tərəfi heç bir çərçivəyə sığmayan dərəcədə, onun simasında böyük ölkənin jurnalistlərinə qara yaxıb və onları təhqir edib. Mariya Zaxarova yəqin ki, bu hadisələrin səbəblərini yaxşı bilir. Yaxşı bilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev nəyə görə həmin yerlərdə olub. Mariya Zaxarova yaxşı bilir ki, onların üzərlərində qurulan məhkəmə nə dərəcədə ədalətlidir. Mariya Zaxarova yaxşı bilir ki, Lapşinlə bağlı məsələlər nə üçün gündəmdədir, Dilqəmlə bağlı məsələlərə nəyə görə soyuq yanaşılır”.

Ə.Amaşov qeyd edib ki, Zaxarovanın bir ölkəni təmsil edən jurnalisti təhqir etməsi heç bir çərçivəyə sığmır. “Mariya Zaxarova təmsil etdiyi ölkə ilə jurnalistin təmsil etdiyi ölkə arasında əlaqələri arxa plana atır və heç bir mətbuat katibinə yaraşmayan münasibət sərgiləyir. Mətbuat Şurası bununla bağlı öz münasibətini bildirəcək. Rusiya ilə qonşu dövlətik. Bizim aramızda münasibətlər kifayət qədər yüksəkdir və çalışmalıyıq ki, bu münasibətləri daha da yüksəldək, inkişaf etdirək”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!