Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 8-06-2017, 12:23
Qarayev: Bu yay o ölkələrdən güclü axın olacaq

Bu il turizm sahəsində bizim üçün sınaq ili olacaq.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.

Nazirin sözlərinə görə, ötən ilə nisbətən xaricidən gələn qonaqların sayı bu il çox olacaq: "Bu, hələ ilkin mərhələdir. İnsanların müxtəlif ölkələrə səfəri başlayır. Bununla bağlı xüsusi işlər görürük. Ayın 12-də turizm şurasının iclası keçirləcək və orada müxtəlif məsələlər nüzakirə ediləcək".

Nazir qeyd edib ki, Azərbaycan turizm sənayesinin mövsüm açılışına hazırdı: "Azərbaycanda iyun ayının 15-dən sentyabrın 15-ə kimi yay mövsümu nəzərdə tutulub. Ötən ilə nisbətən Azərbaycanda istirahət edən isanların sayı artıb. Bu yay da Azərbaycana çoxlu sayda ərəb ölkələrindən, İran və Rusiyadan turistlərin gəlişi gözlənilir".

Əbülfəz Qarayev əlavə edib ki, Formula 1 yarışları zamanı ölkəmizdə böyük mehmanxana şəbəkələrinin 95 faizini doldurmaq mümkündür: "Artıq sifarişlər verilib. Bundan əlavə, körfəz ölkələrindən gələn turistlər yalnız paytaxtda yox, regionlarda da dincələ birlərlər".

Nazir bildirib ki, bu yaxınlarda Prezident İlham Əliyev hosterlərlə bağlı müvafiq tapşırıq və sərəncam verib: "Qanunvericlik çərçivəsində özəl evlərdə və yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olan zaman müvafiq şərtlərə əməl etmək lazımdır. Şərtlərin işlənib hazırlanması ilə bağlı tapşırıqlar verilib. Biz hazırda onun üzərində işləyirik.

Düşünürəm ki, təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqdan sonra artıq insanlar hostellərin nə olduğunu kifayət qədər aydın təsəvvür edə biləcəklər. Bu gün bu iş pərakəndə şəkildə həyata keçirilir. Lakin tendensiya göstərir ki, bu hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var. İnsanlar kifayət qədər normal şəraiti olan, şəhərin mərkəzində yerləşən məkanlarda məskunlaşmaq istəyirlər".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!