Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
Tarix : 28-09-2015, 12:33
Nazir: "Heç kəs gözləməsin ki, Prezident tənqid etdi, qiymətlər düşəcək"


"Heç kəs gözləməməlidir ki, cənab Prezidentin tamamilə düzgün ifafə etdiyi tənqiddən sonra nazirlik bir dəqiqənin içində əmr imzalayacaq və bütün qiymətlər 100 faiz aşağı düşəcək, sabahdan hamı bütün hotellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq".

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Butov.az Modern.az saytına istinadən xəbər verir ki , nazir bildirib ki, son vaxtlar Azərbaycanda turizm xidmətlərinin qiymətlərinin baha olması haqqında olduqca böyük tənqidlər deyilir: "Bunlar hamısı yaşayış səviyyəsi ilə bərabər olan xidmət qiymətləridir. Biz bu gün yalnız Azərbaycanın hansısa məkanında turizm xudmətinin baha olmasından danışmamalıyıq. Bu, kompleks yanaşmanın tələb olunduğu məsələdir. Bir turistə xidmət göstərmək üçün azı 5 sahədə çalışan insanın əməyi sərf olunur".

Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda turizm sənayesi antimonopol, tam sərbəst şəraitdə fəaliyyət göstərən bir sənaye istiqamətidir: "Bu gün turizm məkanında süni şişirtmələr olduğu yerdə qiymətlər artıq bizim yoxlamalardan sonra azalıb. Yay mövsümünün sonu üçün regionlarda yerləşən hotellərin 30 faizində qiymətlər təxminən 10-15 faiz azalıb".

Ə.Qarayev deyib ki, qiymətlərin normal olması üçün iqtisadi mexanizmlərin hamısı bir-birini tamamlamalıdır: "Növbəti mövsümə qədər bizdə mənzərə artıq tam aydın olacaq. Lakin yay mövsümünün nəticələri onu göstərir ki, Azərbaycanda hotellərin doldurulması həftə sonu minimum 92-93 faiz təşkil edib. Bu o deməkdir ki, hotellərin hamısı bron olub və onlardan istifadə olunub. Əgər qiymətlər bahadırsa, onda yerlər necə alınır? Demək, sakinlərimizdə alıcılıq qabiliyyəti mövcuddur ki, o yerlərdən istifadə olunur. Sözsüz ki, biz də istəyərdik ki, daha aşağı təbəqələr üçün daha ucuz qiymətlərin olması imkanları yaradılsın. Bununla bağlı tapşırıqlar verilib. 3 ulduzlu hotellərin tikilməsi regionların iqtisadi inkişafı ilə bağlı olan layihələrdə artıq öz əksini tapıb. Bu məsələ İqtisadiyyat və Sənaye, Mədəniyyət və Turizm nazirlikləri və icra hakimiyyətləri tərəfindən nəzərə alınır".

Nazir qeyd edib ki, cənab Prezident tərəfindən turizm sənayesinə böyük dəstək də verilib: "Bu yaxınlarda Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin nizamnaməsini və tarixi abidələrin qorunması ilə bağlı yaradılan yeni qurumun əsasnaməsini təsdiq edərkən bir necə fərman imzaladı. Bu fərmanlara uyğun olaraq, turizm məkanlarına qanunsuz müdaxilə olmaması, onların fəaliyyətlərinin sərbəst apaılması, onlar üçün lazımi iqtisadi şəraitin yaradılması ilə bağlı tapşırıqlar verdi. İki ay müddətində hotellərin sertifikatlaşdırılması işinin dünya standartlarına uyğunlaşdırılması tapşırığı verilib".


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!