Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi .....                        Dohada güclü partlayış səsləri eşidilib .....                        Serbiyanın İrandakı səfiri Astara vasitəsilə təxliyə edildi .....                        Bu gün Novruzun ikinci - Od çərşənbəsidir .....                        İraqda hərbi aviabazaya dron hücum .....                        İrandakı qarşıdurmadan ən çox Dubay zərər görüb .....                        İran səmasında ABŞ və İsrail PUA-ları vuruldu .....                        Zelenski Yaxın Şərq ölkələrinə Ukraynanın köməyini təklif edib .....                        Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtları .....                       
Tarix : 19-06-2017, 12:18
Bakıdan Rusiyaya gedənlərə - Xəbərdarlıq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 146 km-də Vəlvələ çayı üzərində yerləşən körpüdə təmir-bərpa işlərinə başlanılır.

Butov.az xəbər verir ki, Azəravtoyol ASC-dən Teleqraf.com-a verilən məlumata görə, təmir-bərpa işlərinin başlanılmasına səbəb körpünün uzun müddət istismarda olması, həmçinin körpü üzərində mütamadi olaraq iri tonnajlı yük maşınlarının hərəkəti və yaz-yay aylarında leysan yağışlar nəticəsində çayda sululuğun artmasıdır.

Təmir işləri zamanı körpünün özündə və dayaqlarında əlavə bərkitmə işləri aparılacaq, sutənzimləyici qurğular və mühafizə bəndləri bərpa olunacaq. Bu isə öz növbəsində gələcəkdə ağır tonnajlı yük maşınlarının və sel sularının körpüyə ziyan vurmasının qarşısını almış olacaq.

Təmir müddətində körpünün üzərində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılaraq yaxınlıqda salınan alternativ yola yönəldiləcək. Allternativ olaraq salınan yolun eni 8 m, uzunluğu isə 800 m-dir.
Qeyd edək ki, Vəlvələ çay üzərində yerləşən və uzunluğu 120 m olan 7 aşırımlı körpü 1972-ci ildə inşa olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!