20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 25-11-2015, 12:37
Müğənnilərin vergi xərcləri - ansambl, prodüser və bəstəkarlar



Vergilər Nazirliyi şou-biznesə aid fəaliyyətlərlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi haqda yeni məqalə dərc edib.

"Vergilər" qəzetindən Axşam.az-a verilən məlumata görə, qəzetin bugünkü sayında müğənnilərin fəaliyyəti zamanı çəkdikləri xərclər təhlil edilib.

Müğənnilərin xərclərinə əsasən aşağıdakıları aid etmək olar:

Musiqiçilər qrupunun (ansambl üzvlərinin) xərcləri.

Müğənni dəvət aldığı obyektdə (xidmətin həyata keçirildiyi arenada) ya ansambl üzvləri ilə birlikdə, ya da tək ifaçılıq edə bilər. Ansambl üzvləri ilə birlikdə ifaçılıq etdiyi halda, müğənni ilə musiqiçilər (ansambl üzvləri) arasında münasibətlər hüquqi səviyyədə sənədlərlə təmin olunmalıdır. Bunu iki yolla həll etmək olar. Birincisi, müğənni (işəgötürən) ilə hər bir ansambl üzvü (işçi) arasında əmək müqaviləsi bağlanıla və onlara əməkhaqqı ödənilə bilər. Əməkhaqqının məbləğini də müxtəlif formalarda (işəmuzd və ya vaxtamuzd) tətbiq etmək olar. İşçi hesab edilən həmin ansambl üzvlərinin əməkhaqqının hesablanması və ödənilməsi, həmçinin əmək münasibətləri ilə bağlı bütün tələblər Əmək Məcəlləsi və əmək qanunvericiliyinə aid olan digər hüquqi aktlarla tənzimlənir. İkincisi isə hər bir ansambl üzvü vergi orqanında uçota durmaqla VÖEN əldə edə və müğənni ilə həmin VÖEN-i olan musiqiçi arasında mülki-hüquqi müqavilə bağlanıla bilər. Belə müqavilə konkret icraçı-musiqiçi (məsələn, qarmonçalan və ya qarmonla ifaçılıq xidməti göstərən fiziki şəxs) tərəfindən sifarişçi-müğənniyə «musiqi alətində ifa xidmətlərinin göstərilməsi» müqaviləsi hesab ediləcəkdir və müğənni musiqiçiyə (xidmət göstərənə) xidmət haqqı ödəyəcəkdir. Musiqiçi müğənnidən aldığı xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq müğənniyə (sifarişçiyə) təsdiq üçün təqdim etməlidir.

Prodüser xərcləri.

Müğənninin fəaliyyətində əsas aparıcı rol oynayan şəxs kimi çıxış edən prodüserlə müğənnilər arasında da ya əmək müqaviləsi, ya da mülki-hüquqi müqavilə bağlanıla bilər. Adətən, prodüserlik edən fiziki şəxslər təkbaşına (müstəqil) fəaliyyətə üstünlük verirlər və bu baxımdan, onların VÖEN-i olmalıdır ki, bağlanılan xidmət müqaviləsi hüquqi cəhətdən təmin olunsun. Müğənni prodüserə verdiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini prodüserdən tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun.

Bəstəkarlara verilən qonorarlar.

Bəstəkarların bəstələdiyi mahnının kütləvi ifası üçün müğənni (müəllif hüququnun digər istifadəçisi) bəstəkardan (əsərin müəllifindən) icazə alır (müəllif hüququndan istifadə edilməsinə dair razılıq) və bəstəkara qonorar (müəllif hüquqlarından istifadə haqqı) ödəməli olur. Bunun üçün də müğənni ilə bəstəkar arasında müəllif hüquqlarından istifadə haqqında müqavilə bağlanmalı, müqavilədə nəzərdə tutulan qonorarın hesablanmış məbləğindən müğənni tərəfindən (ödəmə mənbəyində) 14% vergi tutulmalı (saxlanılmalı) və qalan məbləğ bəstəkara ödənilməlidir (VM, maddə 124). Pulun bəstəkara verilməsini rəsmiləşdirmək üçün müğənni tərəfindən kassa məxaric orderi tərtib oluna bilər.

Musiqi səhnəsinin dekor xərcləri.

Müğənni ifa edəcəyi səhnənin əvvəlcədən baxımlı səviyyəyə gətirilməsi və texniki cəhətdən yararlı olması üçün müxtəlif dekorativ vasitələrdən istifadə etməli olur. Aydındır ki, müğənni çox hallarda dekorativ işləri özü həyata keçirmir və bu işi peşəkarlara (dekorativ səhnə ustalarına) tapşırır. Dekorativ səhnə ustaları ilə müğənnilər arasında da ya əmək müqaviləsi, ya da mülki-hüquqi müqavilə (VÖEN-i olan dekorativ səhnə ustası tərəfindən dekor xidmətlərinin göstərilməsi haqqında müqavilə) bağlanıla bilər. Müqavilədə dekor işləri zamanı səhnədə quraşdırılan hazır dekor əşyaları və istifadə olunan mal-materialların kim tərəfindən təmin ediləcəyi barədə də müddəaların olması tövsiyə olunur.

Əgər quraşdırılan hazır dekor əşyaları və istifadə edilən mal-materiallar müğənni tərəfindən təmin olunarsa, birdəfəlik, yəni yalnız bir dəfə istifadə edilib yararsız hala düşənləri həmin anda müğənninin xərcləri kimi, təkrar istifadə olunanlar isə istifadəyə yararsız olduğu anda xərc kimi qəbul edilməlidir. Həmin əşyalar dekor ustası tərəfindən təmin olunarsa, belə xərclərin müğənniyə aidiyyəti olmamalıdır. Müğənni VÖEN-i olan dekorativ səhnə ustasına da verdiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini prodüserdən tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun.

Nəqliyyatla bağlı xərclər (yanacaq, saxlama, təmir və digər xərclər).

Müğənni özünün, ona tabe olan musiqiçilərin və digər əməkdaşların, həmçinin bu xidmətlərlə bağlı alətlərin və digər əşyaların daşınması üçün ya özünə məxsus, ya da başqalarının nəqliyyat vasitələrindən istifadə edə bilər. Başqa nəqliyyat vasitələrindən istifadə üçün ya nəqliyyat vasitəsinin mülkiyyətçisi (və ya etibarnaməli şəxsi) ilə bağlanılan daşıma xidmətləri haqqında müqavilə çərçivəsində nəqliyyat xərcləri çəkilməli, ya da nəqliyyat vasitəsinin mülkiyyətçisi (və ya etibarnaməli şəxsi) ilə bağlanılan icarə müqaviləsi çərçivəsində nəqliyyat vasitəsi icarəyə götürülməli, bu nəqliyyat vasitəsinə də əmək müqaviləsi çərçivəsində sürücü təyin etməklə daşımaları həyata keçirmək olar.

Nəqliyyat vasitəsi müğənniyə məxsus olduğu halda isə bu xərcin müəyyən edilməsində çətinliklər ola bilər. Sırf müğənnilik fəaliyyəti ilə bağlı xərclərinin dürüstlüyünə nail olmaq üçün müğənninin gərək ayrıca bu fəaliyyəti üçün nəzərdə tutulan nəqliyyat vasitəsi (yəni, öz şəxsi həyatı ilə bilavasitə əlaqəsi olmadan istismar olunan yüngül avtomobil, mikroavtobus, avtobus) olması daha yaxşı hal hesab edilərdi. Əgər müğənninin bir nəqliyyat vasitəsi vardırsa, bu nəqliyyat vasitəsi ilə bağlı bütün xərclərin içərisindən sahibkarlıq fəaliyyətinə aid olanlarının ayrılmasını təmin edən sənədləşmə həyata keçirmək lazım gələcəkdir.

Özünə məxsus və icarəyə götürdüyü nəqliyyatla bağlı xərclərə əsasən yanacaq, yağ, digər saxlama xərcləri, təmir xərcləri (vergi məqsədləri üçün məhdudlaşdırılan hədd daxilində) və nəqliyyat vasitəsinin istismarı ilə bağlı digər xərcləri aid etmək olar. Müğənninin daşıma xidmətləri haqqında müqavilə çərçivəsində başqa nəqliyyatla bağlı yuxarıda sadalanan xərcləri əsasən nəqliyyat xidmətləri göstərən başqa şəxs (VÖEN-i olan nəqliyyatçı) tərəfindən çəkilir. Müğənni ona nəqliyyat xidmətləri göstərən başqa şəxsdən ödədiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini tələb edə bilər. Bu halda, mədaxil qəbzində və ya xidmətlərin təhvil-təslim aktında əks olunan xidmət haqqı müğənninin nəqliyyat xərci hesab ediləcəkdir.


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!