Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 7-09-2015, 14:43
Azərbaycanlı pəhləvanlar: Bütün dünyanı şoka salacağıq – FOTO


“Arzum Qarabağ torpaqlarında xalqımızın qarşısında böyük bir proqramla çıxış etməkdir”.

Qol güləşi üzrə Dünya Çempionatının iştirakçısı, Rusiya çempionu, dəfələrlə Respublika çempionu və qeyri-adi istedadına görə dünya rekordçusu Hüseyn Pəhləvanoğlu. Qol güləşi üzrə dəfələrlə Respublika çempionu, qeyri-adi istedadına görə, ilk azərbaycanlı 4 qat dünya rekordçusu, Pəhləvan Əli İdman Klubunun baş məşqçisi Laçın Pəhləvanoğlu. Uzun illər çox çətin sənətlə məşğul olsalar da, reklamdan, gündəmdən yan gəzən, təkliflərə, musahibələrə çətinliklə raziliq verən, daha şox uğurları, rekordları ilə hər kəsi heyrətləndirməyə üstünlük verən Hüseyn və Laçın Pəhləvanoğlu qardaşları bızımlə həmsöhbət oldu. Son zamanlar sosial medianın gündəmindən düşməyən, rəsmi “lacinpehləvanoglu” və “huseynpehlevanoglu” səhifələrində 6 milyondan artıq izləyici toplayan bu qeyri-adi qardaşlarla siz də yaxından tanış olun.

Butov.az “Trend”ə istinadla Azərbaycanın adını dünyanın müxtəlif ölkələrinin arenalarında səsləndirən, dövlət bayrağımızı beynəlxalq yarışlarda dalğalandıran, Azərbaycanın qədim nadir el sənətinin davamçıları, məşhur Əli Pəhləvanın oğlanları – Hüseyn və Laçın pəhləvanla olan maraqlı söhbəti təqdim edir.

- Rumıniyada keçiriləcək lisenziyalı beynəlxalq yarışda iştirak etmək üçün dəvət almısınız. Ümumiyyətlə, yaradıcılığınızda nə yeniliklər var?

- Dünyanın müxtəlif ölkələrində keçirilən dünya səviyyəli yarışlara dəvət alırıq. Rumıniyada da beynəlxalq səviyyəli belə bir yarış keçiriləcək. Yeni nömrələrimiz çoxdur. Biz ümumiyyətlə, dəvət aldığımız bütün beynəlxalq lisenziyalı yarışmalarda digər rekord nömrələri təzələməklə yanaşı, yeni rekord nömrələr nümayiş etdiririk.

- İki qardaş adlarınız Dünya Rekordlar Kitabına düşüb. Hansı yarışmada nümayiş etdirdiyiniz nömrədən və ya rekorddan sonra adlarınız bu kitaba salındı?

- Ukrayna “Talant şou” yarışmasında birinci iştirakımızdan sonra tamaşaçılarda bizim nömrələrimizə çox böyük maraq oyandı. İkinci dəfə həmin yarışmada iştirak edəndə “Talant şou”ya Dünya Rekordlar Federasiyasının rəhbəri dəvət edilmişdi. İkinci dəfə Kiyevdə olanda bizim üçün ayrıca proqram təşkil olundu. Həmin proqramda hər birimiz 4 rekord nömrə nümayiş etdirdik. Dünya Rekordlar Federasiyasının rəhbərinin iştirak etdiyi həmin proqramdan sonra nümayiş etdirdiyimiz nömrələrə görə, adlarımız Dünya Rekordlar Kitabına salındı.

- Bildirdiniz ki, adınız Dünya Rekordlar Kitabına salınıb. Azərbaycandan ilk sizin adınız bu kitaba salınıb?

- Bəli. Kitabda əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı Etibar Budaqlının adı var. Azərbaycandan bu kitaba adı ilk düşən bizik.

Qatıldığınız yarışmalarda demək olar ki, hər dəfə uğurlu ixtiralarla yeni nömrələr nümayiş etdirərək rekordlara imza atırsınız. Bununla bağlı fikirlərinizi eşitmək maraqlı olardı.
Atam Əli Pəhləvan bu qədim el sənətini qardaşı ilə birgə bütün ömrü boyu nümayiş etdirib. Mən uşaq olanda atam mənim qeyri-adi istedad sahibi olduğumu bilib. Atamın arzusu var idi ki, biz böyük uğurlara imza ataq və adımız Ginnesin Rekordlar Kitabına düşsün. Atam və əmim də daima yeni ixtiralarla insanları heyrətləndirməyə müvəffəq olublar. Biz də qardaşımla bu yolu davam etdiririk. O ki qaldı rekordlara imza atmağa, bu artıq bizim fəaliyyətimizdə bir ənənəyə çevrilib. Qatıldığımız bütün yarışlarda yeni rekordlara imza atırıq.

- Ukraynada “Talant şou” yarışmasında iştirak edən zaman münsiflər heyətinin üzvlərindən biri deyib ki, sizdəki istedad deyil, bu bir Allah vergisidir. Bu barədə nə deyərdiniz?

- Pəhləvan hər insan ola bilməz. Biz həm pəhləvan güc nömrələrini, həm də hazırladığımız digər yeni nömrələrimizi də göstəririk. Məsələn, yetişdirdiyimiz tələbələrimiz var ki, onları pəhləvan kimi hazırlayırıq və bu sənətin yaşamasını, davam etməsini istəyirik. Amma hazırladığımız riskli nömrələri isə ancaq özümüz nümayiş etdiririk. Çünki həmin nömrələr həyat üçün çox təhlükəlidir. Biz səhnəyə çıxanda özümüzdə olmuruq, tamaşaçıları da unuduruq.

Çoxları bizə sual verir ki, siz nömrələri nümayiş etdirəndə keyidicilərdən istifadə edirsiniz? Bu çox vacib məqamdır, biz heç vaxt belə maddələrdən istifadə etmirik. Bu sənət bizim xalqın simvolu sayılan bir sənətdir. Biz bu sənətin davamçıları olduğumuz üçün fəxr edirik. Nə qədər çətin nömrə də olsa, biz bir o qədər böyük ruhla həmin nömrələri nümayiş etdiririk.

- Siz iki qardaş Azərbaycanın ən qədim, nadir sayılan bir el sənətinin davamçılarısınız. Həm də atanızın sənətini davam etdirirsiniz. Atanız və babanız da bu sənətin daşıyıcıları olublar. Atanız çox məşhur pəhləvan olub. Bu sənət demək olar ki, Sizə nəsildən gəlir. Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı.

- Atamızın çox böyük uğurları olub. Keçmış sovet ölkələrinin demək olar ki, hamısında yüksək səviyyəli çıxışları olub. Kuba Respublikasinda keşirilən Gənclərin 7-ci Spartakiadasında yarışmanın qalibi olub. Eyni zamanda, böyük tamaşaçı rəğbəti qazandığına görə, Kuba Respublikasının rəhbəri Fidel Kastro tərəfindən şəxsən mükafatlandırılıb. Onun xalq arasında da böyük nüfuzu olub. Atamızın yolunu davam etdirmək, onun adına layiq olmaq bizim üçün çox şərəfli və məsuliyyətlidir. Hər addımımızda bunu nəzərə almağa çalışırıq. Qardaşımın kiçik oğlanları indidən qeyri-adi nömrələr göstərirlər. Gücümüz çatan qədər bu sənətin yaşamasına çalışacağıq.

- Dünyanın onlarla ölkəsində keçirilən beynəlxalq yarışlara dəvət alırsınız. Dəfələrlə rekordlar təzələyirsiniz. Beynəlxalq arenalarda Azərbaycan adına səhnədə çıxış etmək, Vətənimizi xaricdə təmsil etmək necə bir hissdir? Bu duyğularınızı oxucularımızla paylaşmağınızı istərdim.

- Bu hissləri danışmaq çətindir. Azərbaycan adına hər zaman çox qürurla çıxış edirik. Bizim maliyyə dəstəyimiz yoxdur. Elə olub ki, xaricdə çıxış edəndə problem yaranıb - heç bir dövlətin təmsilçisinə bayraqla səhnəyə çıxmağa icazə verməyiblər. Biz isə Azərbaycanın dövlət bayrağı olmadan heç vaxt səhnəyə çıxmamışıq. Çıxışdan imtina etmişik, amma səhnəyə Azərbaycanın bayrağını daşımadan çıxmamışıq. Biz hər il ən azı 2-3 rekord təzələyirik. Bunların da hamısını Vətənimizi dünyada tanıtdırmaq üçün edirik.

- Sizin sənətiniz çox risklidir. Çox təhlükəli nömrələr nümayiş etdirdiyinizdə həyatınızı, sağlamlığınızı riskə atmış olursunuz. Hətta eşitdiyimə görə, bəzi nömrələrin nümayişindən sonra 2-3 ay orqanizminizdə zədələr qalır. Sənətinizə həyatınızı riskə atacaq qədərmi bağlısınız?

- Bəlkə də inanmayacaqsınız, amma səmimi etiraf edirik ki, bəli. Bu sənət bizə ata-baba yadigarıdır. Onu qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək bizim xalqımız qarşısında borcumuzdur. Bir nömrənin hazırlanması üçün aylarla əziyyət çəkirik. Bu sənətə çox təzyiqlərlə gəlmişik. Amma bütün çətinliklərə baxmayaraq, sənətimizi uğurla yaşadırıq və yaşadacağıq da. Həyata keçirmək istədiyimiz bir amalla bağlı da ilk dəfə sizə açıqlama veririk. Azərbaycan Rekordlar Kitabını yaratmaq istəyirik. Azərbaycanda qeyri-adi istedadları olan gənclərin adlarını həmin kitaba salmaq istəyirik. Bu kitaba adı düşən şəxslərin rekordları Ginnesin Rekordlar Kitabına düşəcək. Biz qeyri-adi istedadı olan bütün gənclərin yetişməsinə kömək etməyə çalışırıq ki, xalqımızın bu qədim el sənəti ölməsin, yaşasın və davam etsin.

- Çıxışlarınız internetdə, sosial mediaada geniş yayılandan sonra tanınmış simalardan populyar sima kimi proqramlarda, konsertlərdə iştirak etmək üçün edilən reklam təklifləri, dəvətlərdən imtina edirsiniz. Səbəb?

- Bilirsiniz, şərtlər tam bizi qane etmədiyindən hələ ki belə reklam çarxlarına raziliq verməmişik. İkincisi də, bizi dəvət edənlər riskli nömrələrin nümayişini istəyirlər. Amma nəzərə alın ki, çətin nömrənin nümayişi il ərzində 2-3 dəfə göstərmək mümkündür. Hər çıxışdan sonra əvvəlki formaya qayıtmaq üçün həftələrlə, hətta aylarla vaxt lazım olur. Yəni, dəvət edən tərəflər işimizin bu incəliklərini bilmirlər. Ona görə bir çox təkliflərdən imtina etməli oluruq.

- Ən böyük arzunuz, hədəfiniz nədir?

- Ginnesin rekord medalını almaq. Qardaşım yaxın zamanda hər kəsi heyrətləndirəcək yeni nömrələr göstərəcək. O saçları ilə rekord nömrələr nümayiş etdirəcək. Çox ağır yüklü vaqon və bir də təyyarə dartacaq. O, 60-70 tonluq vaqonu dartacaq. Hazırda qardaşım saçlarının uzanmasını gözləyir. Mənim 2 çox ağır riskli nömrəm olacaq. Onları xaricdə beynəlxalq yarışmada nümayiş etdirəcəyəm. Bunu ilk dəfə sizə açıqlayıram. Kürək nahiyəsindən qarmaq keçiriləcək, kran yuxarı qaldıracaq və yarım dəqiqə havada saxlayacaq. Demək olar ki, bütün güçümüzlə bu nömrələrə hazıqlaşırıq. Bu rekord nömrələrlə bütün dünyanı şoka salacağıq. Bir də arzum işğal olunmuş torpaqlarımız azad olunandan sonra Qarabağ torpaqlarında xalqımızın qarşısında böyük bir proqramla çıxış etməkdir.

- Azərbaycan tamaşaçısını heyrətə salacaq böyük bir proqramı nə zaman nümayiş etdirəcəksiniz?

- Mən vətənpərvər bir ailədə böyümüşəm. Biz tez-tez əsgərlərimizin qarşısında çıxış edirik. Bir də hər zaman gənclərimizdə vətənpərvər hisslər aşılamağa çalışırıq. Yeni-yeni uğurlarımızla hər zaman xalqımızı, tamaşaçılarımızı sevindərəcəyik. İnşaallah, həm Azərbaycan tamaşaçısını, həm də dünyanı heyrətə salacaq çıxışlarımız qarşıdadır.

Azərbaycanlı pəhləvanlar: Bütün dünyanı şoka salacağıq – FOTO


Butov.az


Paylaş



Bölmə: İdman / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!