Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 27-02-2016, 16:39
İdmançımız ermənilərin önünə "Xocalı" yazısı ilə çıxaraq qalib gəldi

Moskvada keçirilən MMA (Qarışıq döyüş forması) üzrə "Fight Night Global" turnirində azərbaycanlı döyüşçü Nəriman Abbasov qələbə qazanıb. Təmsilçimiz turnirin 1/4 final mərhələsində rus idmançısı Nikolay Qaponovla üzü-üzə gəlib.
Döyüşçümüzün qələbəsi ilə yanaşı, Abbasovun rinqə çıxmazdan əvvəl atdığı addımı da alqışa layiq olub. Belə ki, o, rinqə dəvət olunarkən üzərində “Khojaly Genocide” yazılan formanı geyinib. Döyüş Xocalı faciəsinin 24-cü ildönümünə təsadüf etdiyindən idmançımız turnirdə iştirak edənlərə 1992-ci il fevralın 26-da yaşanan soyqırım barədə məlumat verib. Yarışa erməni iştirakçılar da qatılıb. Nəriman Abbasovdan sonra meydana məhz erməni idmançı çıxıb. (anspress)
Qaydalara əsasən, idmançıların siyasi şüarlar olan formalardan istifadə etməsi qadağan olunur. Əvvəlcədən aşkarlanarsa, buna icazə verilmir. Ancaq Abbasovla yanaşı, məşqçilər korpusu da son anda formalardan istifadə edib və istəklərinə nail olublar.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!