Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
Tarix : 28-10-2016, 20:32
Ukraynada fəaliyyət göstərən “Neftçi” fan-klubu bu ölkədə təbliğat kampaniyasını davam etdirir.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu istiqamətdə növbəti tədbir Ukraynanın tanınmış müalicə-kurort məkanlarından olan Truskavets şəhərində keçirilib. Yerli və xarici turistlərin ən çox üz tutduqları məkanlardan olan bu şəhərdə fan-klubun üzvləri üzərində “Neftçi”nin loqosu olan su qabları paylayıblar. Şəhər sakinləri və turistlər tərəfindən maraqla qarşılanan layihə zamanı klubun uğurları barədə də məlumat verilib.

Ukraynada fəaliyyət göstərən “Neftçi” fan-klubunun prezidenti, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədi Elmar Məmmədov layihənin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bu, Ukraynada həyata keçirdiyimiz növbəti layihədir. Məqsədimiz “Neftçi” klubunu və Azərbaycan idmanını beynəlxalq aləmdə tanıtmaq, həmçinin onun azarkeşlərinin sayını artırmaqdır. Azərbaycan və Ukrayna arasında dostluq münasibətlərinə əsaslanan layihələrimiz bundan sonra da davam edəcək. Sevindirici haldır ki, “Neftçi” klubunun Ukraynada kifayət qədər azarkeşləri var. Bu, ölkəmizin ümumi inkişafının və uğurlu idman siyasətinin bariz nümunəsidir”.

Layihə ilə əlaqədar mindən artıq su qabının hazırlandığını diqqətə çatdıran Elmar Məmmədov “Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev ilə yeni layihələr barədə fikir mübadiləsi apardığını bildirib: “Fan-klubun əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bütün bunlar ölkəmizin tanıdılması və Azərbaycan futbolunun inkişafına yönəlib. Artıq “Neftçi”nin Ukraynada böyük azarkeş ordusu var və onlar komandamızın oyunlarını həmişə izləyirlər”.

Bir müddət əvvəl Elmar Məmmədov Morşin şəhərinin “Skala” futbol klubunun rəhbərliyi və üzvləri ilə görüşüb. Görüşdə fan-klubların əməkdaşlığına, onların üzvlərinin qarşılıqlı səfərlərinə, gənc idmançıların futbol akademiyalarında təcrübə keçməsinə dair tədbirlər razılaşdırılıb.

Ukraynada Azərbaycan futbolunun təbliği ilə bağlı növbəti layihə icra edilir
Ukraynada Azərbaycan futbolunun təbliği ilə bağlı növbəti layihə icra edilir
Ukraynada Azərbaycan futbolunun təbliği ilə bağlı növbəti layihə icra edilir


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!