TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 31-07-2017, 12:42
Futbolumuzun əsas bəlasını süni ot örtüyündə görürlər


Futbolumuzun ziyanına işləyən amillərdən biri də Azərbaycanda keyfiyyətsiz süni örtüklü meydançalardan geniş istifadə olunmasıdır. Yayda “yandır”an, qışda sürüşkən olan bu meydançalar onsuz da inkişafa can atmayan futbolçularımızı zədələməklə onların karyerasına bir qədər də zərbə vurur. Premyer Liqamızda bu cür örtükdə zədə alan onlarla futbolçu var, amma onlar komandalarının aparıcı oyunçularıdır. Dani Kintananın zədələnərək qışdan bəri futboldan uzaq qalmasının “Qarabağ”a nə qədər çətinlik yaratdığı hər kəsə məlumdur. Bəli, süni örtüyün acısını ciddi şəkildə ən son çəkən “Qarabağ”dır. “AZAL Arena”da diz bağları qırılan ispaniyalı pleymeyker düz altı aydır Ağdam klubuna kömək edə bilmir.

Ötən il isə “İnter Arena”nın süni meydançası Avroliqanın vacib oyunları ərəfəsində “Qəbələ”nin aparıcı oyunçuları Baqali Dabo və Rəşad Sadıqovu zədələdi. Onların yoxluğu isə “Qəbələ”nin vacib xallar itirməsinə səbəb oldu.

Bu cür misalları çox çəkmək olar. Ancaq məsələnin ən acınacaqlı tərəfindən danışmaq lazımdır. Ən pisi odur ki, süni örtüklü meydançalar təzəcə futbolun sirlərini öyrənən yeniyetmə futbolçularımızın da inkişafına ciddi zərbə vurur. Təəssüf ki, bütün klublarımızın aşağı yaş qrupları üzrə komandaları keyfiyyətsiz süni örtüklü meydançalarda məşq edir.

Əlbəttə ki, süni örtüyün futbolçulara ziyanı haqda ən yaxşı fizioterapevtlər bilər. Biz də mövzumuzla bağlı ilk olaraq Azərbaycanın tanınmış idman həkimi Rəhim Məhərrəmovla danışdıq. “Neftçi”, “Qəbələ” və dünya futbolunun canlı əfsanəsi Maradona ilə birlikdə Dubayın “Əl-Vəsl” klubunda çalışmış təcrübəli fizioterapevt sintetik örtüklərin fəsadlarını xırdalıqları ilə izah etdi:
“Əslində keyfiyyətli süni örtüyün futbolçuya ziyanı yoxdur. Təəssüf ki, Azərbaycandakı süni örtüklərin əksəriyyəti keyfiyyətsizdir. Bu da meydançalara baxımsızlıqdan irəli gəlir. Süni örtüyün futbolçuya ən böyük ziyanı oynaq sistemi ilə bağlıdır. Yəni topuq, diz və bel nahiyəsinin oynaqları. Təbii ot örtüyündən fərqli olaraq, süni örtüklü meydançalarda “amartizasiya” olmur. Buna görə də futbolçu tullanan zaman birbaşa oynaqları zədələnir, qığırdaq sistemi dağılır. Əzələlərdə tez-tez dartılma, yırtılma əmələ gəlir. Bir sözlə, süni örtüklü meydançaların oynaq və əzələ sisteminə böyük ziyanı var.
Bu, ən çox yeniyetmə futbolçulara ziyandır. Hələ əzələ sistemi tam formalaşmamış gənc futbolçular süni örtüklərdə daha çox əziyyət çəkir. Belə meydançalar uşaqların oynaq və əzələ sisteminin düzgün formalaşmamasına səbəb olur. Gələcəkdə isə daha böyük fəsadlara gətirib çıxarır. Artıq o futbolçular zədə ilə böyüyürlər, böyük futbola zədə ilə gəlirlər. Uşaqların süni örtüklü meydançalarda məşq etməsi qətiyyən arzuedilən deyil.

Avropanın bir sıra ölkələrində olmuşam. Orada da belə meydançalar var. Türkiyədə də geniş istifadə olunur. Ancaq onlar çox keyfiyyətli örtüklərdir. Yağışda, qarda heç bir problem olmur. İlin 12 ayını futbol oynamaq olur. Qeyd etdiyim kimi, keyfiyyətli süni örtüklər problem yaratmır. Əksinə, kələ-kötür qazondansa yaxşı süni örtük daha əlverişlidir. Bizdə süni örtüklü meydançalardan imtina etmək qeyri-mümkündür. Əksinə, ola bilər ki, təbii ot örtüklü meydançalar ləğv olunsun”.

Rəhim Məhərrəmov süni örtükdə zədələrin qarşısını nisbətən almaq üçün çıxış yolu da göstərdi: “Futbolçunun geyindiyi butslar süni örtüyə uyğun olsa, zədələr az olar. Yumşaqlığın olması üçün butsların dabanı hündür olmalıdır. Bunun üçün ayrıca silikon dabanlıqlar olur. Onu butsun içərisinə qoyanda az da olsa zədələrin qarşısını almaq mükmündür. Sonda arzu edirəm ki, bütün komandalarımızın meydançaları “Qəbələ” klubunun meydançaları kimi olsun. Bəlkə də Avropada belə meydançalar yoxdur. Doğrudan da ot örtüyünə çox peşəkarcasına qulluq edirlər”.

“Süni örtük butsunu o qədər qızdırmışdı ki, ayağı yanırdı”

Azərbaycanın əməkdar məşqçisi, uzun illər bir çox klubu və milli komandamızı çalışdırmış Ağasəlim Mircavadov isə süni örtüklü meydançaların yaratdığı problemlərdən faktlarla danışdı: “Futbol torpağın, otun üzərində yaranıb. Süni örtüyü də yaradıblar ki, bir qədər rahatlıq olsun. Ancaq belə meydançaların törətdiyi fəsadlar dəhşətdir. Sizə bir misal çəkim. Mən “Xəzər Lənkəran”ı çalışdıran vaxt “İnter”lə qarşılaşırdıq. Oyuna bir saat qalmış “İnter”in meydançasında məşqə çıxmışdıq. Birdən adını unutduğum kosta-rikalı hücumçumuz (Uinston Parks - R. A.) qışqırdı. Hamımız qorxduq və onun yanına qaçdıq. Butslarını çıxardı, gördük ayağının altı yanıb. Soyuq suyu onun butsunun içinə tökdüm, su qaynadı. Süni örtük butsunu o qədər qızdırmışdı ki, ayağı yanırdı. Həm “Neftçi”də, həm də “Xəzər Lənkəran”da işləyəndə bir çox aparıcı futbolçularım süni örtüklü meydançalarda zədə alıb və komandamız çətin vəziyyətə düşüb.


Futbolumuzun əsas bəlasını süni ot örtüyündə görürlər


SSRİ dövründə Moskva “Spartak”ının süni örtüklü meydançası var idi. Yüksək liqanın əksər baş məşqçiləri buna etiraz edirdi. Ən böyük etirazı isə Kiyev “Dinamo”sunun baş məşqçisi Valeri Lobanovski etdi. O, hətta təqvimi elə nizamlayırdı ki, “Spartak”la səfər oyunları qış aylarına düşməsin. Onu da deyim ki, o dövrdə süni örtükləri yaxşı düzəldirdilər, indiki kimi deyildi.

Futbolda bütün terminləri cəld yerinə yetirməlisən. Süni örtükdə isə bunu etmək çətindir. Top istiqamətini dəyişir, futbolçu tullanma həkətlərini yerinə yetirə bilmir. Təbii ot örtüyündə alınan zədə tez sağalır. Süni örtük isə futbolçuların uzun müddətli sıradan çıxmasına səbəb olur. Hətta xroniki zədəyə çevrilir. Mən demirəm ki, süni ot örtüyü heç olmasın. Qış aylarında bundan istifadə etmək olar. Ancaq örtük o qədər ideal olmalıdır ki, qeyd etdiyim fəsadlar olmasın. Əslində süni ot örtüyü də qulluq tələb edir. Həftədə 2-3 dəfə sulanmalı, daranmalıdır.
Mən fizioterapevtlərlə sıx əlaqədəyəm. Onlar bildrirlər ki, 10 il bundan əvvəl uşaqların oynaqlarında zədələr çox nadir hallarda olurdu. İndi isə yeniyetmə futbolçularda əzələ və bel yırtığı, diz bağlarının qopması geniş yayılıb. Bu zədələr isə uzun müddətdən sonra sağalır. İndi cavan futbolçuların 80 faizi qeyd etdiyim zədələrdən əziyyət çəkir. Mütləq təbii meydançalara qayıtmaq lazımdır. Təbii ki, buna xeyli vəsait lazımdır. Gərək hər klubun “Qəbələ” kimi 8-9 meydançası olsun”.

Göründüyü kimi, süni örtüklü meydançaların fəsadlarından danışan 70 yaşlı Mircavadov çıxış yolunu yalnız “mütləq təbii meydançalara qayıtmat lazımdır” deməklə göstərir. Təbii ki, çıxış yolu haqda keçmiş baş məşqçilər yox, futbol qurumları da düşünməlidir.

Azərbaycanın maraq göstərdiyi süni meydançaların üstünlüyü onların saxlanılmasında daha az vəsaitin xərclənməsidir. Təbii meydançalar ay ərzində tonlarla su, bahalı vitamin və dərmanlar tələb edir. Süni meydançada isə belə deyil, daha az qulluqla da süni örtüyü illərlə qorumaq olur. Süni örtüklərin də bir neçə növü var. Ən yüksək keyfiyyətlisi çox bahadır. Ona görə əksər stadionlarımızda 2-3-cü dərəcəli süni örtüklərdir.

Əslində təbii ot örtüklü meydançalar o qədər də böyük vəsait tələb etmir. Ancaq bəzi klublarımız maddi cəhətdən yaxşı durumda olduğu zaman bu cür dəyişikliyə getməyibsə, indiki çətin vəziyyətdə təbii ot örtüyünə keçmələri heç inandırıcı deyil. Təbii ot örtüyünün salınması ilə də iş bitmir. Ev oyunlarını təbii meydançalarda keçirən komandalar məşqini də bu cür şəraitdə etməlidir. Bu da o deməkdir ki, komandaların ən azı iki təbii ot örtüklü meydançası olmalıdır.

Sonda qeyd edək ki, qonşu Gürcüstanda bu məsələyə dövlət səviyyəsində baxılıb və süni örtüklü meydançalarda oynamağa qadağa qoyulub. Klublara dövlət tərəfindən vəsait ayrılıb ki, təbii örtüklü meydança salsınlar. Yeni mövsümdən isə hətta birinci divizionun oyunları da yalnız təbii meydançalarda keçirilə bilər. Bir çox Avropa ölkələrində də artıq neçə ildir ki, süni örtüklü meydançalarda oynamaq qadağan edilib.

Ramiq AĞAMƏMMƏDOV

Bu yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!