AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Əliyar Ağayevə cəza verildi .....                        Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var .....                        Sabah 18 kənddə işıq olmayacaq .....                        Fidan Əraqçi ilə danışdı .....                        Prezidentin Gürcüstan səfəri başa çatdı .....                       
Tarix : 11-09-2013, 14:49
Bu il Azərbaycanda 80 min baş heyvan süni mayalandırılacaq


«Azərbaycanın kənd təsərrüfatı sektorunda süni mayalanma geniş yayılıb. Bu, respublikada yeni sahədir. Süni mayalanmadan əldə olunan heyvanlar yüksək məhsuldarlığa malik olur. Bu il ölkədə 80 min baş heyvan mayalandırılacaq». Bunu «APA-Economics»ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

Lakin onun sözlərinə görə, 80 min baş heyvanın mayalanması azdır: «Ən azından hər il ölkədə 200-300 min baş inək, camış, 2 yaşdan yuxarı olan düyə mayalandırmalıyıq. Məhsuldar heyvanlar əldə etmək üçün yüksək məhsuldar heyvanların toxumu ilə az məhsuldar heyvanlar mayalandırılır. Onlardan alınan heyvanlar da yüksək məhsuldarlığa malik olur».

Ç.Fərəcov bildirib ki, artıq Azərbaycanda bu sahədə intensiv iş görülür. O, buna misal olaraq Zaqatalada mayalanma ilə məşğul olan təsərrüfatların fəaliyyətindən danışıb: «Orada inək və camışların mayalanması artıq 12% təşkil edir, bu rəqəm getdikcə 80%-ə çatacaq. Süni mayalandırma olmasa, heyvandarlıq da inkişaf teməz. Bu heyvandarlığın əsas inkişaf yoludur və dünya bununla inkişaf edir. Məsələn, İsraildə 100% heyvanlar süni mayalandırılır. Orada hər inəkdən 13 600 kq süd sağılır, inəklər 2 il saxlanılır, 2 ildən sonra kəsimə göndərilir».


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!