Sumqayıtda binada yanğın - Sakinlər təxliyə edildi .....                        Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb .....                        Zaqatalada ağır qəza: Yaralılar var .....                        Danışığını bilməyən ağılsız - Xalq artistindən sərt reaksiya .....                        Özbəkistanda məsciddə partlayış: 3 ölü, 10 yaralı .....                        Mətbuat Şurası bəyanat yaydı: "Bu film jurnalistika prinsiplərinə ziddir" .....                        Bakıdan Almaniyaya etiraz - Səfir XİN-ə çağırıldı .....                        Ermənistan dezinformasiya yayır .....                        56 yaşlı kişini ildırım vurub öldürdü .....                       
Tarix : 20-09-2013, 17:38
Azərbaycanda bunyavirus xəstəliyi başlayandan tələf olan iribuynuzlu heyvanların sayı açıqlanıb


Xəstəlik qeydə alınmış rayonların sayı 41-dən 20-yə enib

Bakı. Könül Kamilqızı - APA. Ölkədə aparılan müalicə tədbirləri sayəsində iribuynuzlu heyvanlar arasında bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmanın sayı günbəgün azalmaqdadır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən xəbərə görə, hazırda 582 baş heyvanda simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən müalicə) müalicə tədbirləri aparılır.

Xəstəliyin yayılma arealında və rayonların sayında da ciddi azalma müşahidə edilir. Belə ki, xəstəlik qeydə alınmış rayonların sayı 41-dən 20-yə enib. Hazırda havaların nisbətən sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin xeyli zəifləməsinə gətirib çıxarıb.

Xəstəlik başlayandan indiyədək 148 baş iribuynuzlu heyvanın tələf olması qeydə alınıb. Bu isə ümumi müalicəyə cəlb edilmiş heyvanların 0,06%-ni təşkil edir. Tələf olma hadisələri bu xəstəlikdən yox, yanaşı gedən, o cümlədən qan-parazitar və digər xəstəliklərdən baş verib. Tələf olan heyvanlar baytar həkimlərinin nəzarəti altında üzərinə xlorlu əhəng səpilərək basdırılır və ərazi dezinfeksiya edilir. Xəstəlik başlayandan indiyədək 204 baş iribuynuzlu heyvanda balasalma qeydə alınıb. Balasalma hadisəsi baş vermiş təsərrüfatlar da baytarlıq-sanitariya tədbirləri həyata keçirilmiş, ərazi dezinfeksiya olunub. Xəstəliyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə, sağlam heyvanlarda çimizdirilmə, ərazidə isə dezinfeksiya tədbirləri aparır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!