Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                        Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı .....                        Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu .....                        Azərbaycanda milli geyim standartları hazırlanıb .....                        "Niva" ilə 40 yaşlı kişini vurub öldürdü .....                        İranda internet bərpa olunur .....                        İran Ermənistana uçuşları ləğv etdi .....                        Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi .....                       
Tarix : 5-12-2013, 15:31
Prezidentin dövlət qulluqçularının maaşını artırdığı rəsmən təsdiqləndi



Butov.az-ın məlumatına görə Azərbaycanda dövlət qulluqçularının maaşının artırıldığı rəsmən təsdiqləndi. Bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov məlumat verib. O, Modern.az saytına açıqlamasında dövlət qulluqçularının maaşlarının artırıldığı barədə yayılan xəbərlərə aydınlıq gətirib.


Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sektor müdiri bildirib ki, bir neçə gün öncə ölkə başçısı İlham Əliyev dövlət qulluqçularının maaşının artırılmasına dair yeni sərəncam imzalayıb. 2 dekabr 2013 də tarixində imzalanan bu sərəncam “Dövlət qulluğu haqqında” Qanuna edilmiş 20 aprel 2012- ci il tarixli dəyişikliyə uyğun verilib:

“Burada əsas məqsəd dövlət qulluqçularının əmək haqlarının qanuna uyğun olaraq müəyyənləşdirilməsidir. Qanunda müəyyən edilib ki, dövlət qulluqçularının əmək haqları dövlət qulluğunda tutduqları vəzifənin təsnifatına uyğun müəyyən edilir. Artıq yeni təsnifatlar da müəyyənləşdiyinə görə zəruri olaraq dövlət qulluqçularının yeni əmək haqları təyin edildi.”

Maaşların neçə faiz artırılması məsləsinə gəldikdə isə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan bildirilib ki, bu, vəzifələrə uyğun olaraq gerçəkləşib. Yəni artımlar fərqlidir - 10%, 15% , 20% və daha çox.

Qeyd edək ki, dövlət qulluqçularının maaşları sonuncu dəfə 2008-ci ildə artırılmışdı. Buna görə də hətta deputatlar da bu yaxınlarda parlamentdə 2014-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanl hökuməti dövlət qulluqçularının maaşını artırmağa çağırmışdılar.

Ekspertlər Azərbaycanda dövlət qulluğunda işləyənlərin maaşının bir o qədər də yüksək olmadığı qənaətindədirlər. Sonuncu sərəncamadək məsələn, mərkəzi icra hakimiyyəti orqanlarnda (nazirlik, dövlət komitəsi, dövlət agentliyi, dövlət komissiyası) ştatlar üzrə maaş cədvəli aşağıdakı kimi idi:

Nazir - aylıq vəzifə maaşı 1250 manat); Nazir müavini - aylıq vəzifə maaşı 800 manat;
Aparatın rəhbəri - aylıq vəzifə maaşı 750 manat;
Şöbə müdiri - aylıq vəzifə maaşı 640 manat;
Şöbə müdirinin müavini - aylıq vəzifə maaşı 545 manat;
Baş məsləhətçi - aylıq vəzifə maaşı 416 manat;
Aparıcı məsləhətçi - aylıq vəzifə maaşı 402 manat;
Məsləhətçi - aylıq vəzifə maaşı 395 manat;
Sektor müdiri - aylıq vəzifə maaşı 465 manat;
Baş mütəxəssis - aylıq vəzifə maaşı 143 manat;
Katibə - aylıq vəzifə maaşı 143 manat;
Sürücü - aylıq vəzifə maaşı 143 manat.

Nazirlik və dövlət komitələrinin rayon və şəhərlərdəki yerli şöbələrində, rayon icra hakimiyyətlərində çalışanların isə maaşları yuxarıda göstərilən rəqəmlərdən də xeyli azdır.

Gülşən Raufqızı


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!