ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir .....                        Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu .....                        Ötən ay kanalda batan Zaminin meyiti tapıldı .....                        ABŞ-İran danışıqlar sabah baş tutacaq .....                        Küləyə Pıçıldanmış Həqiqət .....                        İmişlidə 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı .....                        Vens İranla danışıqlar üçün Pakistana getdi .....                        Tramp: "İran nüvə silahından imtina edəcəyini deyir" .....                        Agentliyin sabiq sədri açıqladı - “Pullar Talıbova çatırdı” .....                       
Tarix : 18-06-2015, 08:31
ABŞ yeni pul buraxır
ABŞ Xəzinədarlıq Departamenti emal ediləcək yeni 10 dollarlıq əskinasda qadın şəkilinin yerləşdiriləcəyini bildirib. Amma o qadının kim olacağı hələ məlum deyil və ilin sonuna qədər qərarlaşdırılacaq.
Butov.az saytı “BBC Azərbaycanca”ya istinadən bildirir ki, yeni əskinas 2020-ci ildə qadına seçim hüququ verən konstitusiyaya 19-cu düzəlişin 100-cü il dönümündə dövriyyəyə buraxılacaq.
Xəzinədarlıq seçim üçün ictimai fikirlə maraqlanacaq.
Hazırkı əskinaslarda yalnız keçmiş ABŞ siyasi liderləri əks olunub. Onların hamısı ağdərilidir.
Xəzinədarlıq Departamentinin seçəcəyi qadın hazırkı əskinasda əks olunmuş Amerika inqilabının əsas adamlarından biri və ABŞ Xəzinədarlığının ilk katibi olan Alexander Hamiltonu əvəzləyəcək.
Hamiltonun təsviri 1929-cu ildən bəri bu əskinasda əks olunur. O Benjamin Franklinlə birgə ABŞ əskinaslarında əks olunan və prezident olmayan 2 siyasi fiqurdan biridir.
Qadın təsvirləri ABŞ pullarında əvvəllər də olsa da, o əskinas və sikkələr geniş istifadə olunmayıb. Son dəfə qadın hüquqları müdafiəçisi Susan B. Anthony və hindu əsilli Sacagavea sikkələrdə təsvir olunsa da, hər iki sikkə tez zamanda dövriyyədən çıxıb.
Xəzinədarlıq Departamenti yenidənqurmanın əsas məqsədini saxta pul kəsənlərə mane olmaq üçün əlavə tədbirlərin görülməsi kimi izah edir.
Qadın qrupları isə əskinaslarda daha çox təmsil edilmək üçün təkid edir.
Bu ilin mart ayında müstəqil qrup 20 dollarılıq əskinasda sabiq prezident Andre Ceksonu əvəzləyəcək qadının seçilməsi üçün müsabiqə keçirmişdi.
Müsabiqədə abolisionist Harriet Tubman finalçılar, sabiq birinci xanım Eleanor Ruzevelt, hüquq müdafiəçisi Roza Parks və Cherokee xalqının lideri Uilma Mankillerə səs çoxluğu ilə qalib gəlib.

Tubman 1850- ci illərdə bir çox qulun azadlığa çıxmasına şərait yaradan “Yeraltı Dəmir Yolu”nun "bələdçisi" kimi tanınır.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!