Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 14-09-2015, 13:01
Benzin ucuzlaşır, yoxsa bahalaşır?!


"Benzinin ucuzlaşması və ya bahalaşması məsələsi gündəmdə deyil”.

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Butov.az Virtual saytına istedlanaraq bildirir ki, "Azərbaycanda benzinin qiyməti neftin 60-62 dollar qiyməti əsasında hesablanıb. Mən əvvəl də demişəm, indi də deyirəm ki, neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Bunlar bir-birinə bağlı deyil. Bu qiymətləri Tarif Şurası tənzimləyir. Bir daha deyirəm ki, dünya bazarında neftin qiymətinin düşməsinin benzinin qiyməti ilə heç bir bağlılığı yoxdur" - deyə R.Abdullayev bildirib.


Benzin ucuzlaşır, yoxsa bahalaşır?!


SOCAR prezidenti deyib ki, ölkəyə xaricdən gətirilən Aİ-95 və Aİ-98 markalı benzinin həcmi olduqca azdır: "Bu rəqəm o qədər azdır ki, 7 ay bundan öncə ölkəyə gətirilən 25 min ton Aİ-95 markalı benzin indiyə qədər satılmayıb. Aİ-95 markalı benzini biz özümüz istehsal edəndə ildə 150 min ton benzin satırdıq. Biz bu növ yanacağın istehsalını saxlayıb xaricdən gətirməyə başlayanda hər kəs Aİ-92 benzinini istifadə etməyə başladı. Bu gün Aİ-95 markalı benzinin istifadəsi ildə 25 min ton səviyyəsinə gəlib çıxıb. Bu yanacağın istehlakı 4 dəfə azalıb və bu da onu göstərir ki, insanlar artıq Aİ-95 benzinin istehlak etmirlər".

R.Abdullayev gələcəkdə Aİ-95 və Aİ-98 benzinin qiymətinin dəyişəcəyini istisna etməyib: "Aİ-95 və Aİ-98 benzinin qiymətində dəyişmə ola bilər. Tələbat artdıqca qiymət aşağı düşəcək. Bu, açıq bazardır və burada rəqabət var"


Butov.az


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!