İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 8-11-2015, 18:22
Dollara tələbat artıb



Avronun dünya bazarında zəifləməsi manatın da dollara nisbətən dəyərsizləşməsinə gətirib çıxarıb.

Butov.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, iqtisadçı-ekspert Vüqar Bayramov bunun səbəblərini öz feysbuk səhifəsində şərh edib. İqtisadçının sözlərinə görə, iki həftə əvvəl rəsmi məzənnədə 1 dollar almaq üçün 1,0475 manat ödəmək lazım idisə, hal-hazırda 1.0498 manatdan keçmək lazımdır. Valyuta dəyişmə məntəqələrində isə 1 dollar üçün 1.056 manat tələb edilir. Mərkəzi Bankın iki valyutalı səbətdən istifadə etməsi avronun dollara məzənnəsi əsasında rəsmi kursu müəyyənləşdirməsinə səbəb olur. Bir müddət öncə dünya bazarında 1avro almaq üçün 1 dollar 14 sent ödəmək lazım idisə indi bu göstərici 1 dollara 7 sentədək azalıb. Deməli, əksər xarici valyutalara nisbətən möhkəmlənən dollar avronu da son günlər sıxışdırmağa başlayıb. Manat-dollar və avro kursları göstərir ki, valyuta səbətimizdə dolların payı yenə də yüksək olaraq qalmaqdadır. Manatın dollara məzənnəsinin dünya valyuta bazarında baş verənlər fonunda dəyişməsinə baxmayaraq kursun son həftələr müqayisəli azalması dollara tələbi artırıb. Monitorinqlər göstərir ki, son rəsmi məzənnələr valyuta bazarına psixoloji təsir göstərir. Dollara hətta müqayisəli və ya nisbi möhkəmlənsə də belə də manatın azalan məzənnəsi xarici valyutalara tələbi artırır. Aydındır ki, Mərkəzi Bank isə iki valyutalı səbətdən istifadə etdiyi üçün avronun dollara nisbətən kursunun azalmasını rəsmi məzənnədə nəzərə almalıdır. Amma baş bankda bu dəyişikliklərin valyuta bazarına psxiloji təsirlərinin azaldılması üçün də vətəndaşdaların məlumatlandırılmasına ciddi ehtiyac var. Çünkü dünya bazarında avronun məzənnəsində yeni azalmalar müşahidə edilərsə, bu manatın dollara nisbətən müqayisəli ucuzlaşmasının davam etməsinə gətirib çıxaracaq.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!