Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                       
Tarix : 9-02-2017, 19:05
Mərkəzi Bankda JCB beynəlxalq kart təşkilatının MDB üzrə baş direktoru ilə görüş keçirilib

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə nağdsız ödənişlərin inkişafı, ödəniş kartları bazarında rəqabət mühitinin genişləndirilməsi, innovativ ödəniş texnologiyalarının və müasir ödəniş həllərinin tətbiqi üzrə beynəlxalq kart təşkilatları ilə qarşılıqlı əməkdaşlığını davam etdirir.

Butov.az xəbər verir ki, AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu əməkdaşlıq çərçivəsində AMB sədrinin birinci müavini Alim Quliyevin “JCB” beynəlxalq kart təşkilatının Müstəqil Dövlətlər Birliyi üzrə baş direktoru Takashi Sutsugu və təşkilatın regional meneceri Oleq Korostlev ilə görüşü keçirilib.

Görüş zamanı “JCB” beynəlxalq kart təşkilatı ilə AMB arasında birgə əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanda kart infrastrukturunun genişləndirilməsi və nağdsız hesablaşmaların artırılması üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair məsələlər müzakirə edilib.

A. Quliyev tərəfindən qonaqlara ölkədə yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu, ödəniş kartları bazarının cari vəziyyəti və inkişaf perspektivləri, habelə aparılan islahatlar haqqında məlumat verilib. O, AMB tərəfindən ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi əsasda tədbirlər həyata keçirilərək bu sahədə beynəlxalq tendensiyaların daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

T.Sutsugu “JCB” təşkilatının 1961-ci ildən fəaliyyətə başladığını bildirib. Hazırda dünya üzrə “JCB” brendli ödəniş kartlarının ümumi sayı 95 milyondan çoxdur. Bu ödəniş kartları dünyanın 21 ölkəsində emissiya edilir və 190 ölkəsində quraşdırılmış 32 milyondan çox ödəniş məntəqəsində qəbul edilir. Eyni zamanda, “JCB” beynəlxalq kart təşkilatının son illər bir çox ölkələrin ödəniş kartları bazarında sürətli inkişaf tempindən danışılaraq ölkəmizdə mümkün fəaliyyət istiqamətləri və yeni məhsullar haqqında məlumat verilib.

Görüşdə həmçinin, “JCB” beynəlxalq kart təşkilatının ölkənin ödəniş kartları bazarının gələcək inkişafında rolu, ölkənin genişlənən turizm imkanlarının artdığı, beynəlxalq idman tədbirlərinə ev sahibliyi edildiyi bir şəraitdə Azərbaycana səfər edəcək xarici ölkə vətəndaşlarının JCB brendli ödəniş kartlarından istifadə imkanının yaradılması və həmçinin Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatların icrasında yaxından iştirak istiqamətləri müzakirə olunub.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!