Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
Tarix : 2-03-2017, 11:05
ARDNF ABŞ iqtisadiyyatına 6,5 mlrd. dollar yatırıb

"Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2011-ci ildən etibarən investisiya portfelinin diversifikasiyasına başlayıb".
Butov.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirdə ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.

Onun sözlərinə görə, portfelinin diversifikasiyası məqsədilə ARDNF ABŞ iqtisadiyyatına 6,5 mlrd. dollar yatırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə bildirib ki, indiyədək Azərbaycan iqtisadiyyatına 200 mlrd. dollar həcmində investisiya yatırılıb ki, bunun da 10 mlrd. dolları ABŞ şirkətlərinin payına düşür.

"Deloitte-Azərbaycan" şirkətinin idarəedici partnyoru, "AmCham-Azerbaijan"ın prezidenti Nuran Kərimov isə qeyd edib ki, Azərbaycan regional bazarların inkişafı baxımından gözəl imkanlara malikdir.

Azərbaycanın turizm potensialı barədə danışan "Gilan Holdinq" MMC-nin maliyyə direktoru Fuad Kərimov qeyd edib ki, "Formula-1" kimi yarışların ölkəmizdə keçirilməsi bizi bütün dünyaya tanıdır: "Bu isə ölkəmizin turizm potensialının dünyaya tanıdılması baxımından olduqca əhəmiyyətlidir. Beləliklə, ölkəmizə turist axını baş verir. Sözsüz ki, bu, iqtisadi artıma rəvac verir".

F.Kərimov həmçinin mədəni turizmin dünyaya tanıdılmasının vacibliyini qeyd edib.

"PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru Taleh Kazımov isə qeyd edib ki, ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə olunur.

O həmçinin qeyd edib ki, bank ABŞ bazarındakı yeni imkanları nəzərdən keçirir. Bununla yanaşı, bankir qeyd edib ki, yeni ABŞ şirkətlərinin Azərbaycan bazarına çıxması, o cümlədən hazırda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin biznesini genişləndirilməsi üçün lazımi şərait yaradılıb.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!