Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
Tarix : 28-10-2014, 10:19

Azərbaycanlı vəkildən Kəlbəcərli girovlarla bağlı ədalətli təklif...

Bu gün Xankəndində kəlbəcərli girovlara qarşı qondarma ittihamlarla başlayan məhkəmə prosesi Azərbaycan cəmiyyətində ciddi narahatlıq və nifrətlə izlənildi. Azərbaycan vətəndaşının öz ata-baba yurduna getməsinə görə onları həbsxanaya salaraq onlara qarşı insanlığa yaraşmayan davranışlar sərgiləmələri, ağılasığımaz işgəncələr vermələri bir daha belə bir mənfur millətlə bir yerdə yaşaya bilməyəcəyimiz reallığını ortaya qoydu. 
Buna baxmayaraq əslən Kəlbəcərdən olan tanınmış vəkil Bəhruz Bayramov baş prokuror Zakir Qaralova, eyni zamanda Amerikanın, Avropa ölkələrinin Azərbaycandakı səfirlərinə, beynəlxalq təşkilatların ofislərinə, xüsusilə də Kəlbəcərin işğal olunduğunu özünün 822 saylı qətnaməsiylə təsdiq edən BMT-nin Bakıdakı nümayəndəliyinə müraciət edərək Dilqəm Əsgərovun və Şahbaz Quliyevin vəkili kimi həmin prosesdə iştirakı üçün şərait yaradılmasını xahiş edir. 
O günü səhər Xankəndinə getməyə və təhlükəsizliyinə beynəlxalq zəmanət verilməsi şərtiylə həmin qondarma prosesdə kəlbəcərli girovların hüquqlarının müdafiəçisi kimi çıxış etməyə hazır olduğunu bəyan edir və adlarını sadaladığımız qurumlardan buna şərait yaradılmasını tələb edir. Onun qənaətinə görə, ən azı həmsədr ölkələrin Azərbaycandakı səfirləri bunu bacarmayacaqsa bu o demək olacaq ki, belə vasitəçilik institutu heç nəyə yaramır və onların mandatından məhrum edilməsinin vaxtı çatıb. 
Xatırladaq ki, Bəhruz Bayramov bir müddət öncə baş prokuror Zakir Qaralova müraciət edərək dərhal kəlbəcərli girovların qanunsuz saxlanılması və onlara işgəncə verilməsiylə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işi başlanılmasını təklif etmişdi. Amma prokurorluqdan bu çağırışa cavab verilməmişdi... 


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!