Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 13-04-2016, 13:36
Naxçıvan Muxtar Respublikasından Türkiyənin İğdır vilayətinə sərnişin daşıyan azərbaycanlı sürücü Asif İmanov qətlə yetirilib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə İğdıra gedib orada martın 30-dan yoxa çıxan sürücünü Ziyafət Əliyev adlı şəxsin öldürüb su kanalına atdığı ortaya çıxıb.

Olayla bağlı Naxçıvanda davam edən istintaq zamanı saxlanılan Ziyafət Əliyev bildirib ki, cəsədi Bayraqtutan kəndindəki kanala atıb. Z.Əliyevin polisə verdiyi ifadədən sonra jandarm adı çəkilən kənddəki kanal boyunca və yaxınlıqda Türkiyə-Ermənistan sərhədindəki Araz çayında cəsədin axtarışına başlayıb.

Axtarış zamanı mərhumun paltarı və mobil telefonu tapılsa da, cəsədin Araz çayında dalğıcların köməyi ilə axtarıldığı bildirilir.

Türkiyəyə sərnişin daşıyan azərbaycanlı sürücü qətlə yetirilib




Azərbaycan əsilli, 28 yaşlı Ziyafət Əliyev Naxçıvanda polisə verdiyi ifadədə bildirib ki, Asif İmanov pul qarşılığında 30 mart günü onu İğdırdan Bayraqtutan kəndinə aparıb.

Burada sürücünü bıçaqlayaraq öldürən Z.Əliyev onu kanala atmazdan əvvəl üstündəki pulları götürüb və elə onun avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Manisanın Akhisar qəsəbəsinə gedən Z.Əliyev orada iki gün dostunun evində qalıb.

Daha sonra mərhumun avtomobilini yolun kənarında qoyub və İstanbula gedib. Oradan isə təyyarə ilə Naxçıvana uçub. Daha sonra Asif İmanovla bağlı başlayan istintaq zamanı saxlanılıb.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!