Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək .....                        KTMT qatardır, qabağında Rusiyadır - Elmar Məmmədyarovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA .....                        "Nizami"nin divarlarını yazanlar məlum oldu .....                        Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                       
Tarix : 28-11-2016, 18:54
“Yaxasından yapışıb 1000 manat tələb etdim” - Lənkəranda ər-arvadın qatili danışdı

Lənkəranda bir neçə gün əvvəl baş verən qətlin üstü açılıb.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon sakinləri Aydın Allahverdiyevi və arvadı Azadəni taxta parçası ilə qətlə yetirməkdə şübhəli bilinən həmyerlisi Fəqan Mikayılov tutulub.

Qətl hadisəsi şəhərin Şəhidlər xiyabanı-10 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Allahverdiyev və 1941-ci il doğumlu həyat yoldaşı Azadə Allahverdiyevanın meyiti tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, meyitləri tapılan ər-arvad qətlə yetirilib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə əsasən, hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb. Onların bu xəsarətlərdən öldüyü qənaətinə gəlinib. İstintaq araşdırması zamanı qətlin bəzi təfərrüatları məlum olub.

Prokurorluqdan verilən məlumata görə, ahıl ər-arvad evdə tək yaşayıblar. Onların iki övladı olub. Ailəli bir qız və bir oğlu Bakıda yaşayır.

Cinayəti törədən Fəqan Mikayılov istintaqa verdiyi ifadəsində hadisənin təfərrüatını açıqlayıb. Bildirib ki, qətlə yetirdiyi 77 yaşlı Aydın Allahverdiyev uzun illər ticarətlə məşğul olub. Mərhumun maddi vəziyyəti yaxşı olduğunu deyən Fəqan Mikayılov əlavə edib ki, onun sələmə pul verdiyini də bilib.

Şübhəli şəxsin sözlərinə görə, qətli 1000 manat üstündə törədib: “Gecə saatlarında evə daxil oldum, ev sahibi Azadə Allahverdiyeva ilə üz-üzə gəldim. Əlimdəki odun parçası ilə qadının baş nahiyəsinə zərbə endirdim. O biri otağa keçərək Aydın Allahverdiyevin yaxasından yapışdım və ondan 1000 manat verməsini tələb etdim. Ev sahibi qışqıraraq köməyə adam çağırmaq istədi. Onun da başına bir neçə güclü zərbə vuraraq hadisə yerindən uzaqlaşdım”.

Fəqan Mikayılov törətdiyi əməldən peşman olduğunu deyib.

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!