Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                        Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı .....                        Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu .....                        Azərbaycanda milli geyim standartları hazırlanıb .....                        "Niva" ilə 40 yaşlı kişini vurub öldürdü .....                        İranda internet bərpa olunur .....                        İran Ermənistana uçuşları ləğv etdi .....                        Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi .....                       
Tarix : 3-11-2015, 08:37
Daha bir nəfər Milli Şura ilə yollarını ayırdı



Samir Əsədli: “Partiyamın verdiyi qərar Milli Şuranın qərarından daha üstündür”

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının icra aparatının rəhbəri Samir Əsədli bu qurumdan xaric edilib. Qərar Milli Şuranın Koordinasiya Mərkəzində qəbul olunub. Səbəb Milli Şuranın parlament seçkisini boykot etdiyi halda, Samir Əsəsdlinin seçkidə iştirak etməsidir. Milli Şura rəhbərliyi Samir Əsədlini ya qurumun boykot qərarına tabe olub seçkidə iştirakdan imtina etməli olduğu, ya da Milli Şura üzvlüyündən çıxarılacağı barədə xəbərdar edib.

Samir Əsədli seçkidə sonadək iştirak etmək qərarında olduğunu bildirib. Bundan sonra Milli Şura rəhbərliyi Samir Əsədlinin üzvlük məsələsini Koordinasiya Mərkəzinin müzakirəsinə çıxarıb. Koordinasiya Mərkəzi Milli Şuranın qərarına tabe olmadığı üçün Samir Əsədlinin qurumdan çıxarılmasına qərar verib.
Məsələyə Samir Əsədlinin özü də münasibət bildirib: “Əslində mən bu məsələyə münasibət bildirmək istəmirdim. Məni Milli Şuradan çıxarıblar. Özləri bilərlər. Mən VHP-nin Siyasi Şurasının üzvüyəm. Mənim təmsil olunduğum partiya seçkilərdə iştirakla bağlı qərar verib. Məndə bu qərara uyğun olaraq hərəkət etmişəm, seçki prosesində namizəd olaraq çıxış etmişəm. Hər hansı bir qurumun seçkilərlə bağlı qərar verməsi, bu prosesdə iştirak etməməsi də təbiidir. Ancaq mənim təmsil olunduğum partiyanın çıxardığı qərar daha üstün qərardır. Odur ki, buna görə, peşman deyiləm”.


Samir Əsədli daha sonra qeyd edib ki, Milli Şura ilə münasibətlər kəsilib: “Əslində mən Milli Şuranın sadəcə üzvü idim. Yəni Koordinasiya Mərkəzində təmsil olunmurdum. Sadəcə olaraq sessiyalar zamanı iclaslara qatılırdım. İndi daha buradan çıxarılıb və məsələ bitib. Amma mən siyasi fəaliyyətlə məşğulam, VHP-nin icra aparatının rəhbəriyəm. Bundan sonra da siyasi fəaliyyətim davam edəcək. İnsanların hansısa siyasi qurumda təmsil olunması ilə onun müxalifətçi olması təsdiq edilmir. Əksinə, hər bir kəsin vicdanı, əqidəsi var. Mənim də, vicdanım və əqidəm mənə nə deyirsə, onu da edirəm. Biz müxalifətdə qalmaqda davam edirik. Lakin Milli Şurada olmadığımız üçün müxalifətçi olmadığımızı düşünmək də, normal düşüncəyə uyğun deyil. Yeri gəlmişkən, Milli Şuranın sədri Cəmil Həsənlinin vəkili olmuşam. Yəqin ki, münasibətlərimiz pozulmaz. Qərarı onlar verib, allah canlarını sağ eləsin. Mənim yenidən onlara müraciət etmək, Milli Şuraya üzv olmaq niyyətində deyiləm. Bundan sonra öz partiyamızda fəaliyyətimi davam etdirəcəyəm”.

Qeyd edək ki, Milli Şura təsis edilərkən VHP-nin 10-a yaxın nümayəndəsi bu qurumda fəaliyyət göstərirdi. İndi isə VHP-dən Milli Şurada yalnız Rafiq Manaflı təmsil olunur.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!