Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                       
Tarix : 3-11-2015, 13:35
Parlament seçkiləri ölkə mediasında operativ və obyektiv şəkildə işıqlandırılıb


"Media təmsilçiləri seçkiləri yüksək peşəkarlıq nümayiş etdirərək, obyektiv şəkildə işıqlandırıblar."


Bunu Secki-2015.az saytına açıqlamasında Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev deyib. Onun sözlərinə görə, ölkə vətəndaşları seçkinin gedişi ilə bağlı fasiləsiz olaraq operativ şəkildə məlumat alıblar: “Noyabrın 1-də seçkilərlə bağlı yazılan materialların mütləq əksəriyyətində peşə prinsiplərinə riayət edilərək tam tərəfsizlik gözlənilib. Həmin gün Mətbuat Şurasının seçkilərlə əlaqədar yaratdığı “qaynar xətt”i operativ formada fəaliyyət göstərib. Şuranın İdarə Heyətinin üzvlərindən, həmçinin quruma üzv kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət monitorinq qrupu bütün ölkə boyu müşahidələr aparıb. Regionlarda Şuranı təmsil edən qurumlar da Bakıdan koordinasiya olunub və operativ şəkildə prosesi müşahidə edib. Sevindirici haldır ki, seçki günü jurnalistlərin parlament seçkisini işıqlandırmalarına hər hansı maneə faktı qeydə alınmayıb, media mənsubları seçki məntəqələrində sərbəst şəkildə vəzifələrini icra ediblər”. Umud Mirzəyev söyləyib ki, noyabrın 1-də MŞ sədrinin müavinləri, idarə heyətinin üzvləri bir sıra məntəqələrdə siyasi prosesin gedişini izləyib, jurnalistlərə yaradılmış şəraitlə tanış olublar:“ Bizim monitorinq qrupunun ilkin rəyi belə oldu ki, seçki məntəqələrində media üçün yaradılmış şərait yüksək səviyyədə idi. Mən özüm bir neçə dəfə Mərkəzi Seçki Komissiyasına gedərək, Seçkilər İnformasiya Mərkəzinin fəaliyyəti, burada media üçün yaradılan şəraitlə tanış oldum. Həqiqətən də mətbuatın sərbəst formada məlumat alması üçün tam şərait yaradılmışdı”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!