İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 16-11-2015, 12:29
BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvü oldu


Bu qərar AECR-in Tunisdə keçirilən toplantısında qəbul olunub.


Bu gün Tunisdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of European and Reformists – AECR) Şurasının illik konfransı öz işinə başlayıb. Konfransı giriş sözü ilə açan Alyansın prezidenti Jan Zahradil konfranslararası dövrdə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. AECR prezidentinin çıxışı zamanı tərəfdaş və üzv partiyalarla birgə həyata keçirilən layihələr barədə qısa filmlər nümayiş etdirilib. Jan Zahradilin çıxışından sonar Alyansın icraçı direktoru Riçard Milsom üzv partiyalara maliyyə hesabatını təqdim edib və növbəti il ərzində həyata keçiriləcək layihələr barədə məlumat verib.

Çıxışlardan sonra yeni üzvlərin qəbulu barədə məsələnin müzakirəsinə başlanılıb. Alyansın üzvlüyünə namizəd olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, İtaliya Mühafizəkarlar və İslahatçılar Partiyası, Finlandiya Finlər Partiyası və Slovakiya Azadlıq və Həmrəylik Partiyasının rəhbərləri təqdimat nitqi ilə çıxış ediblər. BAXCP sədri Qüdrət Həsənquliyev öz çıxışında partiyanın fəaliyyətindən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin tənzimlənməsindən, Azərbaycanda keçirilən son parlament seçkilərindən və BAXCP-nin prioritetlərindən danışıb. BAXCP sədrinin çıxışı zamanı partiyanın fəaliyyətini əks etdirən slayd nümayiş olunub.
Çıxışlardan sonra Alyansa yeni üzv olan partiyaların sədrləri Reykyavik bəyyannaməsini imzalayablar.
BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvü oldu

BAXCP sədri ilə Reykyavik bəyannaməsini AECR-in prezidenti Jan Zahradil İmzalayıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!