Özəl bağçada tərbiyəçi uşağa qarşı kobud rəftar etdi .....                        Türkmən qazı da Zəngəzur dəhlizindən keçəcək .....                        Netanyahu hədələdi: “Əks halda bunu biz edəcəyik!” .....                        Kanaldan meyit tapıldı .....                        Makronun yeni baş naziri narazılıq yaratdı .....                        Minsk qrupunun faydalı fəaliyyəti yox idi .....                        Zərdabda qız qaçıran şəxs həbs edildi .....                        Paşinyan Putinlə nələrdən danışıb? .....                        Trampdan Polşaya hücuma qəribə reaksiya .....                       
Tarix : 24-11-2015, 10:50
Mustafa Hacıbəyli: “ADR rəhbərliyi Müsavata qarşı fəaliyyətdən başqa heç bir iş görmür”



“Qubad İbadoğlu əvvəldən bəyan etmişdi ki, ADR-in yaradılmasında məqsəd Müsavatla mübarizə aparmaq deyil. Ancaq görünən odur ki, ADR rəhbərliyi Müsavata qarşı fəaliyyətdən başqa heç bir iş görmür”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli deyib.

O bildirib ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirdiyi qurultayla bağlı məhkəməyə verilməsinin heç bir hüquqi əsası yoxdur.

M. Hacıbəyli bu məsələdə Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını ittiham edib: “Onların qurultayın nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciətləri də dediklərimizə sübutdur. Qurultaydan bir il iki ay keçib. Qurultayın nəticələri Ədliyyə Nazirliyində təsdiq olunub. Ancaq Razi Nurullayevlə bağlı məlum qərardan sonra bu adamların da məhkəməyə iddia irəli sürməsi Müsavata qarşı təzyiqlərin dayandırılmadığından xəbər verir. Bu iddianın məhkəmədə icraata götürülməsi də təəccüblüdür”.

M. Hacıbəyli qeyd edib ki, Müsavat Partiyasının hüquqşünası məhkəmə prosesində iştirak edəcək və iddianın əsassız olmasını dəlillərlə sübut edəcək.

Q. İbadoğlu isə məhkəmə məsələsində ADR-in adının hallandırılmasına etiraz edib və hərəkat rəhbərliyinin bu işdə heç bir rolu olmadığını vurğulayıb.

Xatırladaq ki, Müsavat Partiyasının qurultayından narazı qalan partiyanın bir qrup sabiq üzvü Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Onlar qurultayın nəticələrinin ləğv olunmasını tələb edir.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!