İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 13-04-2016, 09:58
Cəbhəyanı kəndlərdə partlamamış hərbi sursatlar aşkarlandı


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyi (ANAMA) tərəfindən Tərtər, Ağdam, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Butov.az xəbər verir ki, ANAMA-nın mətbuat xidmətindən virtualaz.org-a verilən məlumatda bildirilir ki, Tərtər rayonunun Qapanlı kəndində gün ərzində 5 ev və həyətyani sahələrdə 14 partlayış yerinə baxış keçirilib, 13 ədəd partlamış, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.

Ağdam rayonunun Şükürağalı kəndində kənd sakini Hümbət Rzayevin həyətinə baxış keçirilib. Müəyyən olunub ki, həyətə düşən 122 mm-lik top mərmisi 1 metr dərinlikdə tam partlayıb. Sursatın ətrafında 500 kv.m ərazi yoxlanılıb, təhlükəli sursat və ya partlayıcı qalıqları aşkar edilməyib.

Təzəkənd kəndində kənd sakini Güloğlan Abbasovun həyətinə düşən sursatara baxış keçirilib. Müəyyən olunub ki, həyətə 2 yerdə düşən top mərmisi 1 metr dərinlikdə tam partlayıb. 1000 kv.m ərazi yoxlanılıb, təhlükəli sursat və ya partlayıcı qalıqları aşkar edilməyib.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 11 ev və həyətyanı sahələrdə mərmilərin düşüb partladığı ərazilər yoxlanılıb və sursatların qalıqları çıxarılıb.

Füzuli rayonunun Mizənağılı kəndində 3 ev və həyətyanı sahələrdə mərmilərinin düşüb partladığı ərazilər yoxlanılıb. 2 ədəd tam partlamış sursat və 1 ədəd döyüş vəziyyətində olan 82 mm-lik partlamamış minaatan mərmi aşkar olunaraq götürülüb.

Ümumilikdə, Agentlik tərəfindən 7-12 aprel tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 153 ev və həyətyanı sahələrə baxış kecirilib, 14 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil cevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!