Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 18-04-2016, 17:15
“Rusiyada dəlilər keçdilər qabağa, ağıllılar köçdü ölkədən”


Hikmət Hacızadə: “Baş verən hücuma görə, Rusiya hökuməti cavabdehdir”

Bir neçə gün öncə Azərbaycan səfirliyinin konsulluq işçisinin taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyüldüyü barədə məlumat vermişdik. Maraqlıdır, ümumiyyətlə səfirlik əməkdaşının həyatına kim cavabdehlik daşıyır? Ona hücum olunarsa, məsuliyyət kimin üzərinə düşür?

Butov.az xəbər verir ki, FaktXeber.com məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadədən münasibət öyrənib.

Politoloqun sözlərinə görə, əgər o sadə bir işçidirsə və cangüdəni yoxdursa, onun təhlükəsizliyini qorumaq olduğu ölkənin hüquq mühafizə orqanlarının məsuliyyətindədir: «Sözügedən halda, baş verən hücuma görə, Rusiya hökuməti cavabdehdir».

Bəs görəsən Hikmət Hacızadənin Rusiyada səfir olduğu müddətdə belə insidentlər olubmu? Axı həmin zamanlar iki ölkə arasında münasibətlər o qədər də isti deyildi?

Politoloq özünün səfir olduğu müddətdə belə hadisələrin yaşanmadığını dedi: «Emil Məhərrəmovun başına gələnlər xuliqanlıq hadisəsidir. Hansısa bir şəhərdə həmişə mərdimazarla rastlaşmaq olar. «Qarabala» olduğu üçün də hücum edə bilərlər. Mənim vaxtımda olmayıb. Çünki həmin vaxt postsovet məkanında indiki kimi şizofreniya olmayıb, indi çoxalıb».

Hikmət Hacızadə səfir olduğu dövrlərdə Azərbaycana münasibətə gəldikdə isə həmin vaxtlarda Moskva hökumətinin və cəmiyyətinin daha çox ermənipərəst olduğunu xatırlatdı: «Azərbaycana ənənəvi olaraq ya müsəlmanıq, ya türkük, ya «qarayıq», ona görə ermənilərlə münasibətdə yanaşma isti deyildi. Amma belə açıq hücumlara keçmirdilər. Bir az nəzakət var idi, hörmət saxlayırdılar. Amma sonra çox şey dəyişdi, dəlilər keçdilər qabağa, ağıllılar köçdü ölkədən, indi dəlixanadır oralar».

Xatırladaq ki, aprelin 15-dən 16-na keçən gecə Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyülüb. O, təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb, ona orada təxirəsalınmaz tibbi yardım göstərilib.

İnsidentlə əlaqədar səfirlik hadisənin səbəblərini araşdırmağa çalışır. Xəsarət alan E. Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!