Putin Trampı məyus edib .....                        Bəşər Əsədin həbsinə order verildi .....                        Britaniya parlamentində etiraz .....                        İranın təxribatçı səfirinin fəaliyyəti başa çatdı .....                        Bakının bu küçələridə hərəkət dayandırılır .....                        14 yaşlı uşağa işgəncə verən xalası SAXLANILDI .....                        Lənkəranın dağ kəndində yanğın .....                        Milli Məclisin komitəsində almanlarla görüş keçirilib .....                        Göygöldə qəza - Ölən var .....                       
Tarix : 7-02-2017, 18:30
Fövqəladə hallar nazirinin müavini Fransa səfiri ilə görüşüb

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.

Butov.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir müavini Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında Fransa səfirinə məlumat verib, bu sahədə beynəlxalq təşkilatlar və Avropa ölkələri, o cümlədən Fransanın uyğun qurumları ilə əməkdaşlıq əlaqələrindən ətraflı bəhs edib.

E.Mirzəyev fransız diplomatın diqqətinə çatdırıb ki, Fövqəladə Hallar Nazirliyi Fransanın uyğun qurumları ilə təcrübə mübadiləsi, yanğın təhlükəsizliyi və xilasetmə işinin təşkili sahələrində daha fəal əməkdaşlıq edə bilər.

Orelia Buşez Fransanın dövlət strukturlarının Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib, mülki müdafiə işinin təşkili sahəsində böyük təcrübəyə malik olan fransız qurumlarının azərbaycanlı həmkarları ilə daha sıx əməkdaşlığa hazır olduqlarını söyləyib.

Görüşdən sonra səfir və onu müşayiət edən diplomatlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı ilə tanış olublar.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!