Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Mer və ailəsi rüşvətə görə saxlanıldı .....                       
Tarix : 6-04-2017, 18:40
Azərbaycan ilə Estoniya arasında siyasi münasibətlər yüksək səviyyədədir

Aprelin 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Estoniya Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Butov.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Estoniya münasibətlərinin siyasi baxımdan kifayət qədər yüksək səviyyədə olduğunu diqqətə çatdıran Baş nazir Artur Rasi-zadə adekvat olaraq iqtisadi əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Bu baxımdan Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının iclasında müzakirə olunan bütün mühüm layihələrə dəstək veriləcəyini bildirən Baş nazir iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən texnologiya, telekommunikasiya, kənd təsərrüfatı, ticarət, xidmət və s. istiqamətlərdə yaxşı potensialın mövcudluğunu qeyd edib.

Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə qonaqlara ətraflı məlumat verən Baş nazir regional problemlər fonunda diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib, bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü vurğulayıb.

Bölgədə lider dövlət olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşün onlarda böyük təəssürat yaratdığını deyən Estoniyanın dövlət idarəçilik naziri Mixail Korb bildirib ki, səfər çərçivəsində azərbaycanlı həmkarları ilə çox səmərəli müzakirələrə qatılıb, qarşılıqlı əməkdaşlığın, ticarət dövriyyəsinin və ixrac imkanlarının daha da genişləndirilməsinə dair faydalı danışıqlar aparıblar. Azərbaycan və Estoniya iş adamlarının hər iki ölkədə biznes imkanlarının inkişafı üçün münbit şəraitin olduğunu qeyd edən Mixail Korb səmimi görüşə görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!