Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                        Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                        Suriyada kürdlərin nəzarət etdiyi ərazi 80% azalıb .....                        Kamran Əsədov HƏBS OLUNDU .....                        Ermənistan Azərbaycana baxıb hərəkət edir .....                        Bakı metrosuna İsveçrədən 300 vaqon alınır .....                        Zəhradan boşanma xəbərinə reaksiya: "Mədəniyyətiniz olsun!" .....                        Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər azalıb .....                        Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı .....                       
Tarix : 17-06-2016, 14:18
Azərbaycan-Rusiya nümayəndə heyətinin görüş vaxtı açıqlandı


Rusiyada səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iyunun 15-də Moskvada Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ilə görüşüb.

Butov.az bildirir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkələrimiz üçün yaratdığı tranzit imkanları və dəhlizin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Ş.Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan və Rusiya arasında 50-dən çoxu iqtisadi sahədə olmaqla 170-dən çox sənəd imzalanıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərirlər. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 mlrd. ABŞ dolları, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox birbaşa investisiya qoyulub. İndiyədək 15 iclası keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verir.

Azərbaycan və Rusiya Federasiyası arasında əlaqələrin daha da genişləndirilməsi imkanları barədə danışan Ş.Mustafayev kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarına da ixrac edilir. Hökumətlərarası Komissiya çərçivəsində kənd təsərrüfatı üzrə İşçi Qrupu fəaliyyət göstərir. İşçi Qrupunun iclası çərçivəsində Rusiya nümayəndə heyəti Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrində istehsal prosesi ilə yaxından tanış olublar və belə səfərlər davam etdirilə bilər.

Ş.Mustafayev Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən layihələr, Azərbaycan Prezidentinin iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi strateji xarakterli qərarlar barədə geniş məlumat verib.

Regional əlaqələrdən danışan Azərbaycanın iqtisadiyyat naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayib.

Rusiyanın iqtisadi inkişaf naziri A.Ulyukayev Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini bildirib, əməkdaşlığın genişlənməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini qeyd edən A.Ulyukayev iqtisadi-ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə VII Azərbaycan-Rusiya Regionlararası Forumunun bu ilin dekabrında Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!