Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdır .....                        ABŞ niyə İranı vurmadı? - TRAMPDAN AÇIQLAMA .....                        "Neftçi"də bir transfer, iki ayrılıq .....                        40 min nəfər məni İrana çağırır - Pəhləvi .....                        Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi .....                        İran XİN başçısı Münhenə dəvət edilmədi .....                        26 siyasi partiya Nazirliyə hesabat verdi .....                        MİQ imtahanı niyə pullu oldu? - NAZİRLİKDƏN CAVAB .....                        Türkiyə-Ermənistan sərhədində işlər başa çatır - Açılış olacaq .....                       
Tarix : 5-05-2017, 12:06
ISESCO-nun baş direktoru: BMT TŞ vəzifəsini yerinə yetirə bilmir

“Azərbaycan Prezidenti mədəniyyətlərarası dialoqun inkişafı üçün dəstəyini əsirgəmir. Bu gün Azərbaycan ahəngdarlıq ölkəsidir”.
Butov.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri söyləyib.

ISESCO-nun baş direktoru deyib ki, Azərbaycan sülh, demokratiya və inkişaf ölkəsidir: “Dünyaya sülh lazımdır. Ancaq sülh fobiyalar, ədalətsizlik olduğu şəraitdə mümkün deyil. Ancaq super güclər yalnız öz maraqları üçün mübarizə apardıqları üçün buna nail ola bilmirik. Dağlıq Qarabağ münaqişəsi də bunu göstərir. Azərbaycanın ərazi bütövlüyü pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Bu gün Suriyada mədəni irs məhv edilir. BMT Təhlükəsizlik Şurası öz vəzifəsini yerinə yetirə bilmir”.

Əbdüləziz bin Osman əl-Tüveycri bildirib ki, bu gün zənginlər daha da zənginləşir, yoxsullar daha da yoxsullaşır: “Mən buna qarşıyam, bu, səfeh hərəkətdir. Zəngin ölkələr bir yerdə, kasıb ölkələr bir yerdə qalıb. ISESCO bu istiqamətdə işləyir. Apardığımız fəaliyyət dialoqun inkişafına, xalqların yan-yana dinc şəraitdə yaşamasına yönəlib. Azərbaycan prezidentinin üzərinə götürdüyü məramın yerinə yetirilməsinə də töhfə verəcəyik”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!