Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 10-05-2017, 20:23
İordaniya parlamentinin sədri: “Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Taravnehin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Butov.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, Oqtay Əsədov bildirib ki, Azərbaycanla İordaniya arasında siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir: “İordaniya beynəlxalq təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləyir və müdafiə edir. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasında dövlət başçılarının xüsusi rolu var”.

Sədr qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. O. Əsədov deyib ki, İordaniya Senatı 2013-cü il may ayının 28-də “Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat” qəbul edib. O oxşar qərarın İordaniya Nümayəndələr Palatası tərəfindən də qəbul ediləcəyinə inamını ifadə edib. Sədr Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarında İordaniya idmançılarına uğurlar arzulayıb.

Atef Taravneh isə bəyan edib ki, İordaniya həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır. Söhbət zamanı qonaq İslam dünyasının problemləri, terrorizmə qarşı mübarizə, İordaniyada həyata keçirilən iqtisadi-siyasi islahatlar barədə fikirlərini bölüşüb.

Sonra görüşdə parlamentlərarası işçi qruplarının fəaliyyəti, iqtisadi, humanitar və digər sahələrə dair tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!