Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 16-03-2017, 19:40
Senat sədri: “İordaniya ilə Azərbaycanın bir-birinə dəstək verməsi təbiidir”

Milli Məclisin sədri Oqtay Əsədov V Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının sədri Feysal Akif Faizi qəbul edib.

Butov.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, spiker bildirib ki, Azərbaycan tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən İordaniya ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.

O qeyd edib ki, bu günədək iki dövlət arasında 34 sənəd imzalanıb. Spiker Azərbaycanın yerləşdiyi bölgədə özünəməxsus mövqe tutduğunu qeyd edərək, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsinin artıq bir ənənə halı aldığını söyləyib. O, 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsindən və bu il IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərindən danışıb: “Heç də təsadüfi deyil ki, ölkə başçısı tərəfindən 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İli elan olunub”.

Görüşdə Dağlıq Qarabağ problemindən söz açan O. Əsədov bu məsələdə İordaniyanın Azərbaycanın haqq işini həmişə müdafiə etdiyi üçün minnətdarlığını bildirib. O, 2013-cü ilin mayında İordaniya Senatı tərəfindən Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul etməsini və bu soyqırımını pisləməsini yüksək dəyərləndirib. Ümidvar olduğunu bildirib ki, gələcəkdə də bu iki dost, qardaş ölkə bir-birlərinə dəstək verəcəklər.

İordaniya Haşimilər Krallığı Senatının sədri Feysal Akif Faiz isə qeyd edib ki, hər iki ölkənin geosiyasi vəziyyətində oxşar cəhətlər çoxdur: “Bu baxımdan bu qardaş dövlətlərin bir-birinə dəstək verməsi təbiidir”. Qonaq dövlət başçılarımız arasındakı sıx münasibətlərin həyatın digər sahələrinə də təsir etdiyini söyləyib. O ümidvar olduğunu bildirib ki, gələcəkdə iqtisadi, mədəni və digər sahələrdə də yüksək nəticələr əldə ediləcək.

Qəbulda parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İordaniya Haşimilər Krallığında səfiri Sabir Ağabəyov, İordaniyanın Azərbaycandakı səfiri Nassar Habaşneh və digər rəsmi şəxslər iştirak ediblər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!