İstefa verməyə hazıram - Zelenski .....                        Ərdoğan onlara partiyada yüksək vəzifə verdi .....                        Pakistanın Baş naziri Azərbaycana gəldi .....                        Bu gün avtobuslar 21:00-a kimi işləyəcək .....                        Rusiyada çoxmərtəbəli binanın yanında partlayış .....                        Yataqxanada yanğın - VİDEO .....                        Su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı .....                        Ərdoğan yenidən AK Partiyanın sədri seçildi .....                        Külək güclənəcək - XƏBƏRDARLIQ .....                       
Tarix : 3-11-2016, 17:37
Spiker türk səfirlə TANAP-dan danışdı


Noyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoral ilə görüşüb.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, sədr qonağı qardaş Türkiyənin Azərbaycanda səfiri təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Bildirilib ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri, bu səfərlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb.

Spiker əlaqələrimizin daha da dərinləşməsində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib. O, V çağırış Milli Məclisin sədri kimi ilk rəsmi səfərini də məhz Türkiyəyə etdiyini söyləyib. Bildirilib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artıq ənənə halı alıb. Bu, təcrübə və informasiya mübadiləsi baxımından olduqca önəmlidir.

Oqtay Əsədov səfirin gələcək fəaliyyətində onsuz da yüksək səviyyədə olan siyasi, iqtisadi, mədəni, humanitar, elmi və sosial sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsində əlindən gələni əsirgəməyəcəyinə inamını ifadə edib.

Qeyd edilib ki, mühüm əhəmiyyət daşıyan TANAP və TAP layihələrinin həyata keçirilməsində hər iki ölkə fəal iştirak edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin reallaşması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olub. “Cənub Qaz Dəhlizi” layihəsinin müvəffəqiyyətlə başa çatması isə bu sahədə mühüm uğur olacaq.

Sədr Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası nəticəsində bütün türk dünyasının yeni “Dəmir İpək Yolu” ilə birləşəcəyini, ölkələrimizin beynəlxalq aləmdə önəminin daha da artacağını bildirib.

Səfir Erkan Özoral ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “bir millət, iki dövlət” olan Türkiyə ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, bu yolda gərəkli addımlar atacağını deyib. Bildirilib ki, dost və qardaş Türkiyə ilə Azərbaycan arasında həll olunmamış heç bir problem yoxdur. Bizim münasibətlərimiz digər ölkələr üçün də nümunə ola bilər.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, regiondakı ictimai-siyasi durum və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!