Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 30-09-2016, 19:53
Milli Məclisin sədri fransalı deputatlarla görüşüb


Milli Məclisin sədri Oqtay Əsədov Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Butov.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, spiker qeyd edib ki, yüksək səviyyədə olan siyasi münasibətlərimiz həyatın digər sahələrinə də öz təsirini göstərməkdədir.

“Biz fransalı dostlarımızı Bakıda görməkdən hər zaman şadıq. Son vaxtlar belə görüşlərin sayı daha da artıb. Bir neçə gün bundan öncə Azərbaycanda mühüm siyasi tədbir – Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendum keçirilib. Ümumxalq səsverməsində müşahidəçi kimi iştirak edən Fransa nümayəndə heyəti səsvermə prosesini yüksək dəyərləndirərək, bu siyasi hadisəyə obyektiv qiymət verib. Ümidvaram ki, səfər çərçivəsində keçirdiyiniz görüşlər qanunverici orqanlarımız arasında da ikitərəfli əməkdaşlığın daha da inkişafına öz dəyərli töhfəsini verəcək”, - deyə o vurğulayıb.

O. Əsədov bildirib ki, son illər Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizdə mövcud sabitliyin və təhlükəsizliyin, eləcə də iqtisadi inkişafın göstəricisidir: “Dünyanın əksər hissələrində xaos, vətəndaş müharibələri getdiyi bir halda, bu gün Azərbaycanda müşahidə olunan bu təhlükəsizliyin qarantı, əlbəttə ki, prezident İlham Əliyevdir. Heç də təsadüfi deyil ki, sentyabrın 26-da keçirilmiş referendumda xalq öz prezidentinə inamını bir daha təsdiqlədi”.

Söhbətdə iqtisadi münasibətlərimizin inkişafından söz açan O. Əsədov bildirib ki, dünyada davam edən qlobal böhrana baxmayaraq, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan artıq olub: “Biz Azərbaycanda fəaliyyət göstərən Fransız şirkətlərinin fəaliyyətlərini yüksək dəyərləndiririk. Humanitar sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi bu istiqamətdə qısa zamanda müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu yaxınlarda Fransada Azərbaycan şəhərciyi açılıb. Hər iki ölkənin 12 şəhəri arasında qardaşlaşma prosesi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir”.

Spiker bildirib ki, Fransa parlamentinin bəzi deputatlarının Azərbaycan üçün həssas olan Dağlıq Qarabağ problemində qeyri-obyektiv mövqe tutması ölkə ictimaiyyətində müəyyən suallar doğurub. “Bütün bunlara rəğmən, xoşagəlməz hallar artıq arxada qalıb. Sevindirici haldır ki, Fransada Azərbaycanın dostlarının sayı günbəgün artmaqdadır. Biz ədalətin gec-tez zəfər çalacağına qəlbən inanırıq”.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Jan Fransua Mansel ölkəmizə səfər çərçivəsində burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. Qonaq V Bakı Beynəlxalq Humanitar Forumunun işini yüksək dəyərləndirərək, tədbirdə müzakirə olunan məsələlərin bütün dünya siyasətçilərini düşündürdüyünü qeyd edib. Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi məqsədlərə xidmət edir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Cavanşir Feyziyev, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, Fransa Milli Assambleyasının deputatları Fransua Seliye, Mişel Tero, Jan-Mari Tetar və digər rəsmi şəxslər iştirak ediblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!