“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 26-05-2017, 18:24
Tramp bu məktubla Bakıya mühüm mesaj verdi

28 may Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.

Siyasi şərhçi Rusiya, ABŞ və Ukrayna prezidentlərinin məktubu arasındakı fərqləri qeyd edib:

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iqtisadiyyat və sosial sahələrdə uğurlar qazandığını vurğulayıb. Putinin ən yadda qalan cümləsi budur: “Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır”.

ABŞ Prezidenti Donald Trampın Putin qədər Cənubi Qafqaz və Azərbaycan haqqında detallı bilgisi yoxdur. Buna baxmayaraq, Trampın müşavirlərinin hazırladığı məktubda daha önəmli məqamlar var.

Birincisi, məktubda deyilir ki, Amerika ilə Azərbaycan beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırlar.

İkincisi, “biz Azərbaycan xalqının yanındayıq” deyilən məktubda Azərbaycan Avropanın yeni enerji mənbəyi adlandırılır.

Üçüncüsü, Trampın məktubunda Amerikanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəklədiyi bildirilib. Belə baxanda Trampın məktubunda Azərbaycanla əməkdaşlığın konkret iqtiqamətləri vurğulanıb. Putinin məktubunda bu detallar yoxdur və heç Dağlıq Qarabağ da xatırlanmır.

Ukrayna Prezidenti Pyotr Poroşenko isə Qarabağ məsələsində fikrini konkret ifadə edib: “Azərbaycan Respublikası üçün milli məsələ olan və Ukraynanın da bununla bağlı mövqeyinin dəyişilməz olduğu ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edəcək”. Nə Putinin, nə də Trampın məktubunda Azərbaycanın ərazi bütövlüyü barədə bu qədər açıq ifadə var”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!