Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 6-07-2017, 18:26
Dörd ölkənin keçmiş prezidenti İlham Əliyevə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - 2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievdən, 1997-2002-ci illərdə Albaniya Respublikasının Prezidenti Recep Meydanidən, 2007-2011-ci illərdə Latviya Respublikasının Prezidenti Valdis Zatlersdən məktub daxil olub.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində atəşkəsin növbəti dəfə pozulması və günahsız insanların, xüsusən də körpə qızın qətlə yetirilməsi və mülki əhaliyə dəyən ziyan bizi hədsiz dərəcədə kədərləndirdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından Sizə dərin hüznlə başsağlığı verir və həmçinin cəbhə bölgəsində vəziyyətin gərginləşməsindən dərin narahatlığımızı bildiririk. Ermənistanın 1994-cü ildə əldə olunmuş atəşkəs rejimini tez-tez pozması azərbaycanlı uşaqlar da daxil olmaqla mülki əhalinin ölümünə səbəb olur. Ermənistan ordusunun azərbaycanlı mülki əhaliyə və obyektlərə qarşı bu hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulması deməkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təcrübəli və peşəkar üzvləri kimi münaqişənin davamlı sülh və dialoq yolu ilə həlli məsələsində Sizə dəstək olmağa hazırıq. Cənab Prezident, xahiş edirik başsağlığı diləyimizlə bərabər, ən yüksək ehtiramımızı qəbul edin."

Eyni zamanda Xorvatiyanın sabiq prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiç də Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:

“Hörmətli cənab Prezident. İcazə verin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin kəşkinləşməsi ilə bağlı dərin narahatlığımı ifadə edim. Münaqişə zonasında mülki şəxslərin – iki yaşlı Zəhranın və onun nənəsinin həlak olması xəbəri ilə bağlı Sizə dərin hüznlə başsağlığı verirəm. Tezliklə atəşkəs rejiminin bərpa olunmasına, həlli uzanmış bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə uyğun olaraq həllinə ümid edirəm”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!