TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 27-01-2014, 14:57
Ailə dövlətin müdafiə qalasıdır

Ailə kiçik dövlətdir. Stalinə görə dövləti idarə etmək ailəni idarə etməkdən asandır. Nə üçün sualı istər-istəməz hər bir oxucunu yəqin ki, o saat yaxalayacaqdır. Elə mən özüm də bu ifadəni oxuyanda əgər müəlliflə üz-üzə olsaydım nə üçün sualını mütləq verərdim? Indi mən həmin sualı öz oxucularımdan gözlədiyimə görə öz səviyyəmdə, dünya görüşümə əsaslanib cavab vermək istəyirəm. Əvvəlcə qeyd edim ki, dövləti idarə etmək üçün onun qanunları, güc strukturları, təbliğat vasitələri var. Bunların hamısı birləşəndə rəhbərə kömək və ya yardımçı olurlar. Bir növ rəhbər bunlara əsaslanıb dövləti struktur baxımından idarə edir.

Bəs ailənin nəyi var?
Ailənin yaşadığı cəmiyyətdən, yaşadığı elatdan, kök saxladığı nəsildən, öz ata-anasından qalma ailə intizamından ibarət yazılmamış qanunları var. Ailə yalnız dövlətə arxalanır, dövlətini qoruyur, dövlətin onu qoruması haqqındakı qanunları özünə arxa bilir və güc alır. Lakin bütün bunların ailənin idarə olunmasında gündəlik rolu heç də və hər vaxt nəzərə çarpmır. Nəzərə çarpan yalnız ailə başçısının nüfüzudur. Onun özünü idarə etməsi, ailənin iqtisadi imkanlarını qurmaq üçün gündəlik iş rejimi yaratmasıdır. Bəli, ailə başçısı düşünür ki, bu gün mən əldə etdiyim qazancımla bu ailə üzvlərini təmin etməliyəm, həm də gələcək həyatı üçün eytiyat büdcəsinə də müəyyən qədər vəsait qoymalıyam. Axı, gənc ailənin qabağında ev qurmaq, ailə-uşaq problemləri kimi ağır bir keçid yolu durur. Ailə başçısı da bu keçidi lap erkən vaxtlarından əlində dəstələməlidir. Bunun üçün başçının əlində yaxını, dostu, sirdaşı, etibar etdiyi, onun köməyinə arxalandığı, bütün planlarını birlikdə müzakirə etdiyi, ailəyə güc verən aparıcı qüvvə yalnız və yalnız onun həyat yoldaşıdır. Bunlar bir birindən güc alanda ailə çox böyük gücə malik olur. Burada çətinlik nədir? Bəzən ailələrin soy kökləri, el, elat kökləri, hətta milli tərkibləri də müxtəlif ola bilər. Bu zaman çox böyük çətinliklər, anlaşılmazlıqlar meydana çıxır. Ailə başçısı öz qürurunu belə halda ortaya qoymağı, həyat yoldaşını onun nəsil köklərinin tələbinə riayət etməsini, ata-anasının nümunəsini götürməsini, milli fərqlərə baxmayaraq ailə başçısının milli kökünə hörmətlə yanaşmasını, uşaqların tərbiyəsində baba-nənə tərbiyəsindəki keçid yoluna düşüb, o yolla getməsini tələb etməlidir. Əgər qadın bunları özü başa düşərsə, əməl edərsə, bu ailəni xoşbəxtliyə aparan böyük müvəffəqiyyətdir.
Bəzən ailə başçısı olan kişi ailəni idarə etməyə onun heç bir yazısı olmayan qanunlarını qoruyub saxlamaqda qadından zəif müşahidə olunur. Bu zaman qadın ailə başçısı olan kişinin şəxsiyyətinə, qüruruna, cəmiyyətdəki nüfuzuna toxunmadan ailənin daxili idarə olunmasını öz əlinə toplaya bilər. Kişi məsləhətlə elə istiqamətləndirilməlidir ki, o qazansın, gətirsin uşaqların tərbiyəsində nüfuz sahibi olsun, el, camaat, məhlə, küçə, qohum-əqrəba arasında, sayılan insan, qürur sahibi kimi yaşasın. Lakin ailənin daxili iqdisadiyyatını qadın qursun, kişi çox məxfi bir yoldaşlıqla qadına tabe olsun. Bax, bu ailədə ağıllı gedişdir. Bu ailə heç də kişinin apardığı ailəni iqtisadi gücündən geri qalmir. Təkrar edirəm, bu zaman kişinin tabeçilik göstərməsi, onun çox ağıllı şəxsiyyət olduğunu büruzə verir. Əks halda ailə müvəffəqiyyət qazana bilmir. Ailədə uçurum, hərə öz qazancını xərcləyəndə başlayır. Budcə bir yerə yağılmır. Gəlir kücədən kücəyə paylanır və yox olur. Belə ailə hec bir uğur qazana bilmir. Söz-söhbət çoxalır. Ailə başçısı nüfuzunu qoruya bilmir demirəm, ailə üzvləri öz başçılarının nüfuzunu aşağı salırlar. El o saat hər şeyi duyur və beləliklə, ailəyə olan el inamı gözdən düşür. Ailənin öz üzvləri səhvlərini bir-birinin üstünə yıxır. Keçirlər bir-birini el içində tənqidə, bu da yenə ailəni daha da zəiflədir. Beləliklə, ailədə özbaşınalıq başlayır. Hərə öz hərəkətinə yaxşı edirəm deməklə, haqq qazandırır. Beləliklə, ailənin düzəlməsi mümkün olmur. Belə ailələrin olması qonşu ailələrə iki cür təsir edir. Bir təsir müsbət tərbiyə yolu ilə gedən ailələri daha da möhkəmləndirir, bir təsir isə nisbətən zəif ailələrin daha da pozulmasına gətirib çıxarır. Birinci qrup ailələr el qınağından, ailə büdcəsinin zəifləməsindən, ailədə böyük-kiçikliyin götürülməsindən, atanın bezib içki aludəçisi olmasından, ananın qonşulardan, küçə alverçilərindən özünə düzəltdiyi əyin-baş pulunu verə bilməməsindən, uşaqların papiros çəkmələrindən, ailədki qıy-qışqırıqdan evdə söhbət açmağa belə qoymur. Siz onlar edəndən danışıb nə xeyr tapacaqsınız, danışmayın, onların etdikləri hərəkətlər haqqında heç vaxt fikirləşməyin, bu pis hərəkətlər sizi də yaxalaya bilər-deyirlər.
Ikinci qurup ailələrsə bunun əksinə edir, danışır, gülməyə çevirir. Diqqətdən yayınan uşaqlar əvvəlki tərbiyədən pozulub nifuzlarını itirirlər.
Haşiyə:
Bir gənc ailə tanıyırdım. Əvvəllər hər şey qaydasında gedirdi. Ər-arvad qohumların köməyi ilə torpaq alıb ev tikdilər. Nisbətən evi qaydaya saldılar. Rahat yaşayırdılar. Az ehtiyacla dolanır, iki uşaqlarını nəzarətdən buraxmırdılar. Gəlin bir alverçi qadınla tanış oldu, bankdan pul götürdü, “talkuçkalara” getdi, alverə yəni küçə alverinə başladı. Bank pulun verə bilmədi. Başladı bankları gəzməyə, ondan alıb ona verir, malını nisiyə paylayır, nisiyə mal götürür. Hə, gör arxadan nə böyük çətinlik yaranır. Kişi bənnadır. Arvadının böyük borcu olduğunu biləndə o da içkiyə qurşandı. Beləliklə, hər iki ailə başçısı bütün ailə qanunlarını itirdi. Bankları qarğamağa başladılar. Indi siz deyin bu ailənin düzəlməsi mümkündürmü? Əlbəttə, mümkündür deyən də olacaq mümkün deyil deyən də olacaq. Mən hər ikisi ilə də razıyam. Bəli ev satılardı, borc verilərdi. Ailə əvvəlki kasıb həyatına qayıdardı. Bu olardı, ziyanın yarısından dönmək. Ancaq arvad bunu qəbul etmək istəmirdi, çünki onun onlarca dostu var idi. Dostları da onun dərdi idi. Kişi başın itirdiyi üçün ölüm arzulayırdı. Öldü də. Qadın da daha böyük fəlakətlərlə üzləşdi. İndi siz deyin, insanı həyat pozur yoxsa özü? Əlbəttə özü yadınızda qalsın insanın ən böyük dostu da ən qatil düşməni də özüdür. Bu yerdə bir xalq deyimini diqqətinizə gətirim. “Başında şir duran qoyun ordusu, başında qoyun duran şir ordusuna qalib gələ bilər”-bu fikirdə həqiqət var. Ailə başçısı olan ata yerində olanda, qadın ailə uşağın tərbiyəsi ilə məşğul olanda kasıblıq yada düşmür, heç gözə də görünmür. Burada alicənablıq ön plana keçir. Kişi hökmü ailəni möhkəmləndirir və ailəyə qürur verir.
El içində sınaqdan keçən bir filosof sözü də çox maraqlıdır. “Kişi ev qurur, qadın dağıdır. Qadın ev qurur, onu şeytan da dağıda bilmir ” Demək istəyirəm ki, kişinin qüruru yerində olanda qadının da ağılı, düşüncəsi, ətrafına baxımı, qadın yığımı da gərək yerində olsun.
O, vaxt ailədə döyüş başlayır ki, kişi qüruru ilə qadın hikkəsi üz-üzə durur. Ancaq ağllı qadınlar kişi qüruruna məhəbbət salır. Uşaqlarını ataları kimi, əyilməyən, ac olanda da hər kəsin tikəsinə nəfis salmayan, özünün köhnə geyimini, zəhmətlə qazandığı pulu başqasının zər-zibasından, milyonundan üstün tutan şəxsiyyət kimi yetişdirir. Ailə tədricən güc qazanır, seçilən çörəkli ailəyə çevrilir və xoşbət ailə olur. O ailəni tanıyanlar, onunla qohum olmağa çalışır. Burada yenə qələbənin qazanılmasında qadın ağlının gücü əsasdır.
Bax qadın hikkəsi, məhəbətə çevriləndə xoşbəxtlik qazanır. Qadın hikkəsi hökmə çevriləndə sonradan peşmançılıq, səfil həyat, başqasından asılılığı, olanları itirmək, ən axırda məhv olmaqdan başqa hec nə qazanmır. Bir fikri də desəm siz yəqin ki, onu qəbul edəcəksiz”. Səbirlilərin pulsuz əldə etdiklərini, səbrsizlər böyük qiymətə alırlar”.
Hikkəli qadınlar itirdiklərini sonradan qazanmaq üçün bir insan ömru axtarırlar. Hər işi yenidən başlamağa hazırdılar, təki o, qürurlu kişi onu qəbul etsin. Kişi də bunu qəbul etmir. Acınacaqlı qadın həyatı başlayır.
Bir qadından soruşanda ki, yoldaşın səni döyüb?
Güldü.
Əvvəlcə, mən elə vəziyyət yaratmamışam ki, o, məni döysün. Bəzən o səhv tapşırıq verirdi. Onun dediyini yerinə yetirirdim. Sonradan səhvini başa düşürdü. Mən düz eləməmişəm sözün elə deyirdi ki, o yazıqlaşırdı. Onda onun dediyinə əks getmədiyim üçün ərimin mənə olan inamı, məhəbbəti, hörməti artırdı. İkinci dəfə daha mənə birbaşa tapşırıq vermirdi. Əvvəl məsləhət edirdi, sonra ikimizin fikri birləşəndə, hə, sən də işə başla deyirdi. İndi bu hal adi paltar almaqdan, xeyir-şərə köməyə getməyə, uşaqlara ailə seçməyə qədər gəlib çıxdı. İndi, müəllim, sən özün de, o, məni niyə döyməlidi? Mənim yadıma gəlmir ki, o, evə gəlməmiş qazan ağzı açam. Mənim yadıma gəlmir ki, onun dediyi sözə mən qulp qoyam.
Yadıma yapon həyatından bir epizod düşdü. Yapon qadınları yapon ailələrindən danışanda deyirlər ki, kişi işdən gələndə biz onu qapını açıb gözləyirik. İçəri keçən kimi onun üst paltarını soyundururuq. Yuyunması, yeyib içməsi və istirahəti üçün hər cür şərait yaradırıq. İşə yola salanda da yenə onu qapının ağzında geyindirib yola salırıq. Belə ailədə söz-söhbət necə yarana bilər? Uşaqlar da, şübhəsiz ata-ananın tökdüyünü yığırlar.
Diqqət yetirin, bir imperator bir dəfə öz atını ali məclisə gətizdirir və deyir: “Baxın, mən bu atın nəslindənəm”. Məgər ailə başçısı öz ailəsi üçün işləyən, qulluq sevən, hər cur naza dözən, dözümlü, o ailə üzvləri kimi bir qarın çörək yeyən ailə başçısı o, imperator deyən deyilmi? Heç insafdırmı onu incidəsən, onu boş-bekar sözlərlə evdə yorasan, o da incik düşə, həvəslə işləməkdən, qazanmaqdan küsə. Belə halda kim qazanacaq? Əlbəttə, qazanan yox, itirən olacaq. Mən kəndə getməyi sevirəm. Bilirsiz nə üçün? Əlbəttə, yox.
Elə isə eşidin deyim.
Yaxın keçmiş olan Sovet höküməti zamanında üç-dörd uşağı olan ailələr kənd və şəhərlərdə azlığ təşkil edirdi. Altı, yeddi, səkkiz uşağı olan ailələrsə çoxluq. İndi kəndlərdə yaşı yetmişi keçmiş insanların uşaqları Bakı və Sumqayıt şəhərlərində ailəli heç bir problemi olmadan yaşayırlar. Bəli, tanıdıqları kənd qızları ilə evlənən, ata-analarının məsləhətinə qulaq asan və ata-analarından gördüklərini bu gün də yaşadan oğullar xoşbəxt ailə həyatı yaşayırlar. İnsan sevinir. Dörd-beş kənddə bir ailədə belə boşanma yoxdur. Gəlin təsdiq edək ki, bu dünyasın dəyişən nəslimizin qələbəsidir. Buna sadəcə qələbə demək olmaz. Bu ulu keçmişin etibarından, mərdliyindən bir-birinə qoyduğu kişi ləyaqətindən, ailədəki həya, abır, etibar, hörmət və inam hisslərinin toplusundan yaranan bir hissdir. Bu saydıqlarımın hər biri bu gun ailə tərbiyəsinin get-gedə ölən balalarıdır.
Tədricən ayaqlar altında qalan bu balalar, öldükcə nəsil ləyaqəti itir, insanlıq öz donunu dəyişərək gündəlik yaşayış tərzinə yuvarlanır. Gündəlik yaşayış tərzi də ailənin ömrünü necə kəsib doğrayırsa, insan ömrünü də eləcə parçalayır. Ömür qısalır, mənlik, ləyaqət cılızlaşır, insanların bir-birinin üzünə baxması saxtalaşır. Təbəssüm saxta, gülümsəmək,etibar saxta, tərif saxta, çörək kəsmə saxta. Kiçik bir haşiyə çıxım. Məclislərin birində mən çörək kəsmənin keçmişin işi olduğunu, onun qiymətinin kişilərin qəlbində qan ləyaqəti qədər etibarını sadaladım və süfrədəki insanların bu gün dost səviyyəsinə yüksəldiyini dedim.
Məclisdə oturanlardan biri əlin qaldırıb, müəllim, bağışlayın dedi:
- İndi bu süfrədə kəsdiyimiz çörəyin çörəkliyi nə tamında, nə şəklində, nə tərkibində, nə də mayasında keçmiş çörəklərə oxşaya bilməz. O, kişilər o çörəkdən deyib ki, keçmiş arvadlar bir gün axşama kimi bir təndir çörəklə əlləşirdi. Tər-qan, təndirin istisi, çörək yapanın məğrurluğu adama cörəyin zəhmət olduğunu deyirdi. Çörək yapan qadının təndirdə bişə-bişə polad kimi möhkəm ana olması, qadın olması təsdiqlənir. Mən bu çörəyin şərəfinə yox, o nənəm yapan təndir çörəyinin şərəfinə ayağa durmağı sizdən xahiş edirəm. Ortalığa gülüş gəldi, bu gülüş düşündürücü, boğucu bir gülüş idi. Hamı bir anlığa bir-biri ilə söhbətə girişdi. Doğru deyir də, hanı o təndirə çörək yapan arvadlar hanı o arvadların böyütdüyü qızlar. Indikilər çörəyi evə salafanda gətirir. Salafandan əli ilə yox, tibbi əlcəklə çıxarıb, əlcəklə çörəyi doğrayır. Bir yeyəndə əli çörəyə dəyən zəmanənin insanlarını, elə özləri tənqid edir, acı-acı gülürdülər. Bütün bunların içərisində qəbul edilməli olmasa da, çox acı, olsa da həqiqət vardır.
Bəli, zəhmətin azalması, insan ləyaqətinin də azalmasını ortaya gətirir. Ləyaqət azalanda tərbiyə küsüb gedir. Yenə yadıma bir deyim düşür. “Qoyunluğu qəbul etmisənsə, qurdluğu qəbul edəndən incimə.” Bəli əgər biz olub keçənləri qoyun kimi seyr etsək onda adət-ənənələrimizi keçmişmizi, ata-babadan qalanları saflığı, təmizliyi, parçalayıb zamana tabe olmaqdan başqa carəmiz qalmaz.
Bu ağrılı dərdimizdən qalın- qalın kitablar belə yazılsa da, yenə azdır. Mən belə düşünürəm ki, nə qədər tez keçmiş adət-ənənələrimizə qayıtsaq o qədər tez yuyunub saflaşarıq, ailələrin, nəsillərin parçalanması, keçmiş etibarın itməsi dayanar. Elmi əsər yazmaq, yəni ixtiralar etmək, kosmosda yaşamaq hamısı insan zəkasında mümkün sayılan amildir. Bunları bir neçə on illiyə dəyişdirmək olar. Lakin adət-ənənənin, tərbiyyənin ailə quruluşuna eralardan gətirdiyi elə sığınan qanunlarını itirmək, sonra da onun yenidən bərpası üçün çalışmaq çox çətin işdir. Buna yüzilliklər lazımdır. Bəli, itirilən ailə qanunlarının yenidən bərpası üçün əsrlər lazım olcaq. Gəlin nə qədər gec deyilsə, ağsaqqal nüfuzuna hörmət edək, onların dediklərini qəbul edək, ailə tərbiyəsindəki, ağsaqqal öyüdünə qanun kimi tabe olaq. Belə qanunlar yazılmır, el tərəfindən qorunur. Biz də qalanları qoruyaq, köhnəlik saydığımızı yerinə qaytaraq. Inanın, bu yolun azmış ailə münasibətlərinin indiki naləsidir. Çox istərdim ki, ziyalı yoldaşlar bu mövzuda çox yazsınlar. Qəzetlər tənqiddən yox, qalanları bərpa etməkdən ötrü uzun uzadı təbliğat işini ümumiyaşar mövzuya çevirsinlər.

Əvəz Süleyman
Azərbaycan
Yazıçılar Birliyinin üzvü


Paylaş



Bölmə: Sosial / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!