Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 11-10-2014, 21:42

EV TİKİN, EV YIXMAYINEV TİKİN, EV YIXMAYIN

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində bir qrup Qeyri Hökumət Təşkilatı rəhbərləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunub.
Müraciətdə deyilir ki, oktyabrın 2-də gecə saat 3-də hərbi geyimli naməlum şəxslər Laçın rayonundan məcburi köçkün, yazıçı-publisist, Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Soyqırım və Terror Əleyhdarları QHT Koalisiyasının rəhbəri Faiq İsmayılıovun Buzovna qəsəbəsi, Zuğulba prospekti-61 ünvanda yerləşən yaşayış evini heç bir izahat vermədən, hüquqi sənəd təqdim etmədən söküblər. Bu hadisədən mənəvi zərbə alan ailənin qadın üzvləri hal-hazırda şok vəziyyətində həkim nəzarəti altında müalicə alırlar.
Dağıntıdan sonra ailənin 6 nəfərlik üzvü – ata, ana, iki oğul, gəlin və nəvə bir otağa sığınmaq məcburiyyətində qalıblar ki, bu da nə qanuna, nə dinə, nə də əxlaqa uyğundur. Məqsədli şəkildə bu cür neqativ halların yaradılması və ölkə ziyalılarının, elm adamlarının hədəf seçilməsi Azərbaycan dövlətçiliyi əleyhinə yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir.
Müraciəti imzalayanlar əminliklə bildiriblər ki, ölkə başçısının qətiyyətli mövqeyi nəticəsində Faiq İsmayılovun pozulmuş hüquqları bərpa olunacaq, Azərbaycanda bu cür neqativ halların qarşısı birdəfəlik alınacaq, möhtəkirlər və işbazlar cəzalandırılacaq. Gələcəkdə ölkə vətəndaşları bir daha belə hallarla qarşılaşmayacaqlar.
Biz isə dövlət məmurlarını insanları incitməməyə çağırırıq. Xatırladırıq ki, ev yıxanları tarix boyu lənətləyiblər. Həmişə xeyirxahlara “Allah evini tiksin!”, bədxahlara “Allah evini yıxsın!” deyiblər. Ev tikin, ev yıxmayın. Unutmayın ki, evini başına uçurduğunuz insanların ahı bir gün sizi tutacaq. Onu da yaddan çıxarmayın ki, məmurun yıxdığı ev Allahın köməyi ilə nə vaxtsa yenidən tikiləcək, amma Allahın yıxdığı evi heç bir məmur tikə bilməz. 
Arif MƏMMƏDLİ



Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!