Dünya səyyahları Füzulidə .....                        Putin İlham Əliyevə təşəkkür etdi .....                        Polis gücləndirilmiş iş rejiminə keçdi .....                        Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI .....                        Kəlbəcər və Laçına qar yağır .....                        Masallıdakı qəzada yaralananların son durumu .....                        Naxçıvana qar yağır .....                        Bakı-Şamaxı yolunda qəza - Yol bağlandı .....                        Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ .....                       
Tarix : 15-09-2015, 15:04
Bakı Dövlət Universiteti daha bir dünya reytinq cədvəlində yer alıb


Bakı Dövlət Universiteti (BDU) dünya ali məktəblərinin nüfuzlu "QS World University Rankings 2015/2016" reytinq cədvəlində yer alıb. 701+ yerdə qərarlaşan universitet bu təşkilatın 2014-cü il reytinqində də yer almışdı.

Butov.az Azərtac saytına əsasən bildirir ki, reytinqin tərtib olunmasında bir neçə meyar-akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır.

"QS World University Rankings 2015/2016" reytinqində ilk yerləri Massaçusets Texnologiya İnstitutu, Harvard, Kembric və Stenford universitetləri (hər ikisi 3-cü yer) tutub. İlk beşliyə Kaliforniya Texnologiya İnstitutu yekun vurur.

Qeyd edək ki, bu tədris ili ərəfəsində "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında Round University Ranking tərəfindən hazırlanan reytinqində də BDU dünyanın 750 universiteti sırasında 656-cı yerdə qərarlaşmışdı. Türkiyənin Orta Doğu Texniki Universiteti tərəfindən təsis edilən Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitutunun (URAP) bu ilin iyun ayında açıqladığı reytinqə görə isə 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısına Azərbaycan ali məktəblərindən yalnız BDU düşmüşdü.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!